Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şoyqu infarkt keçirib, 20 qərargah generalı həbs olunub” - Leonid Nevzlin
“Şoyqu infarkt keçirib, 20 qərargah generalı həbs olunub” - Leonid Nevzlin

Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından saydığı Müdafiə Naziri Sergey Şoyqu ilə məhz müharibə dövründə arası dəydi. Kremlin rəhbəri Ukraynadakı uğursuzluq üzündən nazirə qəzəblidir. Məhz buna görə Şoyqu martın ortalarında bir müddət ictimaiyyət arasında görünmədi. Onun hətta insult keçirdiyi iddia olunurdu.

Bizimyol.info xəbər verir ki, Şoyqu ilə bağlı yeni iddia səslənir. Müdafiə nazirinin geniş infarkt keçirdiyi, reanimasiyaya yerləşdirildiyi bildirilir. Yəhudi əsilli iş adamı Leonid Nevzlin sosial mediada bu barədə yazıb. Onun sözlərinə görə, geniş infarkt keçirən Şoyqu hətta əlil qala bilər. Nazir reanimasiyada aparata qoşulub. Söz-söhbətə görə, infarkt təbii olmaya bilər.

Nevzlin yazır ki, Rusiya Müdafiə Nazirliyinin ümumilikdə 20 qərargah generalı həbs olunub. Onlar kütləvi yeyintidə ittiham edilir. Söhbət təxminən 10 milyard dollardan gedir. Generallar Putinin “Blitskriq”, yəni qısamüddətli müharibədə uğur planını korlamaqda günahlandırılır.

Bir neçə gün əvvəl azərbaycanlı şahmatçı Rauf Məmmədovun ittiham etdiyi Arkadi Dvorkoviçə qarşı cinayət işinin açılması gözlənilir. Putinin çox yaxın adamı sayılan FİDE-nin rəhbərindən bəzi məmurlara qarşı ifadə alınmasına cəhd edilir. Əks halda Dvorkoviçi Lefortovo həbsxanası gözləyir.

Nevzlin Rusiya Federasiyasının dövlət müşaviri Vladislav Surkovun ev dustaqlığında olduğunu yazıb. O da müharibə üçün ayrılmış vəsaitin mənimsənilməsində təqsirli bilinir.

Rusiya Ukraynada hərbi əməliyyatlara fevralın 24-də başlayıb. Kreml 72 saat ərzində “Blitskriq” planının uğurlu alınacağına inanırdı. Yəni Kiyev ələ keçirilməli, siyasi hakimiyyət Moskvaya yaxın şəxsə verilməliydi. Amma paytaxta hücum planı uğursuzluqla nəticələnib. Rusiya ordusu Kiyev vilayətində böyük dağıntılar törətsə də, əsas məqsədinə nail olmayıb. Bundan sonra Kreml qoşunları şərqə istiqamət alıb.

Rusiya ordusu Ukraynada 20 minə qədər hərbçisini itirib. Təkcə 700-dən çox tank sıradan çıxıb. Orduda böyük ruh düşkünlüyü yaranıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »