Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: Liderləri bir araya gətirmək üçün səy göstəririk
Çavuşoğlu: Liderləri bir araya gətirmək üçün səy göstəririk

Türkiyə hər zaman böhran hallarını aradan qaldırmaq mövqeyində olub. Bu mənada Rusiya və Ukrayna liderlərini Türkiyədə görüşdürmək səylərimiz davam edir.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalına deyib.

"Tərəflərin mətbuata çatdırdıqları mənfi atmosferlə bizə dedikləri arasında fərqlər var. Ehtiyatlı optimizmimiz davam edir. Bütün çətinliklərə baxmayaraq, atəşkəs ehtimalı var", - deyə nazir qeyd edib.

Liderləri bir araya gətirmək üçün səy göstərəcəklərini bildirən nazir: "Nümayəndə heyətlərimiz arasında danışıqlar davam edir", - deyib.

Çavuşoğlu, "Türkiyə olaraq həll yolu üçün səy göstəririk", - deyən Çavuşoğlu, Ukraynadan vətəndaşların təxliyəsi ilə bağlı açıqlama verib.

Çavuşoğlu: “Biz təxliyyələri müxtəlif üsullarla həyata keçirdik. Bütün risklərə baxmayaraq təxliyyələrdə uğur qazandıq”, - deyə qeyd edib.

Hələ istənilən nəticə tam əldə olunmadığına görə təəssüfləndiyini bildirən nazir Mövlud Çavuşoğlu Ukraynadan təxliyə məsələsini, müharibədən zərərçəkənlərə göstərilən humanitar yardım prosesini, davamlı sülhə nail olmaq üçün tərəflərlə aparılan danışıqlara dair vəziyyətlə bağlı fikir və mülahizələrini, mövcud vəziyyəti təhlil edib. Nazir bildirib ki, Ukraynanın Mariupol şəhərində otuz nəfərə yaxın türkiyəlinin qaldığı ehtimal edilir. Onların təxliyəsi üçün ciddi tədbirlər görülür.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), Qızıl Ay Cəmiyyəti, rəsmi və özəl qurumlar Ukraynaya humanitar yardım toplanması və göndərilməsi prosesinə cəlb olunublar. İndiyədək Ukraynaya yardım üçün 67 çoxtonnajlı avtomobil və bir səyyar mətbəx göndərilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »