Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalarına cavab olaraq ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasının 398 üzvünə sanksiya tətbiq etmək qərarına gəlib.
Bundan əlavə nazirlik Kanadanın Rusiya parlamentinin üzvlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq 87 kanadalı senatorun da sanksiya siyahısına salındığını açıqlayıb. Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ Konqresinin 398 üzvünə qarşı sanksiya qərarı ilə bağlı açıqlama verib. Həmin açıqlamada bildirilir:
“Martın 24-də Co Bayden administrasiyasının Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının 328 deputatına qarşı tətbiq etdiyi anti-Rusiya sanksiyaları dalğasına cavab olaraq, Rusiya da eyni şəkildə ABŞ Nümayəndələr Palatasının 398 üzvünə məhdudiyyət qoyur. ABŞ Konqresinin aşağı palatasının rəhbərliyi və komitə sədrləri də daxil olmaqla, bu şəxslər Rusiyanın siyahısına daxil edilir”,-deyə açıqlamada bildirilir. Bundan əlavə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu istiqamətdə adları açıqlanan 398 ABŞ Konqresinin üzvünə “qarşılıqlılıq” prinsipinə uyğun olaraq sanksiyaların tətbiq edildiyi bildirilib.
O, açıqlamasında ABŞ Nümayəndələr Palatasının 398 üzvünün adı sanksiya siyahısına daxil edilməsindən əlavə Rusiyanın ABŞ sanksiyalarına cavab olaraq əks tədbirlərini daha da genişləndirə biləcəyi bildirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumlarına görə Kanadanın Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasına qarşı tətbiq etdiyi sanksiyalara da Rusiya cavab verib. Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, Kanada parlamentinin yuxarı palatası olan 87 Senat üzvünün sanksiya siyahısına daxil edilib və onların Rusiyaya girişi əngəllənəcək.
“ABŞ-ın hazırkı administrasiyasının milli maraqlarımıza zidd olan “rusofob” siyasətində ön sıralarda yer almağa çalışan Ottavanın düşmən addımlarına cavab olaraq bu şəxslər daimi olaraq siyahıya salınıblar”, - deyə məlumatda bildirilir.
Açıqlamada Kanadanın eyni siyasətləri davam etdirməsi halında Rusiya-Kanada münasibətlərinə daha çox zərər verə biləcəyi də bildirilib.
Leyla, Bizimyol.info