Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın "Moskva" hərbi gəmisinin vurulması daha çox simvolik hadisədir
Rusiyanın "Moskva" hərbi gəmisinin vurulması daha çox simvolik hadisədir

Qara dəniz donanmasının “Moskva” mühafizəçi raket kreyseri yanğın nəticəsində baş vermiş sursatın partlaması nəticəsində ciddi zədələnib, ekipaj təxliyə edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Yanğın nəticəsində "Moskva" raket kreyserində döyüş sursatı işə düşüb. Gəmiyə ciddi ziyan dəyib. Ekipaj tamamilə təxliyə edilib", - hərbi idarədən bildiriblər.

Daha əvvəl raket kreyserində yanğının baş verdiyi bildirilirdi. Nazirlik yanğının səbəbinin araşdırıldığını bildirib.

Ukraynanın qeyri rəsmi mənbələri gəminin raketlə vurulduğunu iddia edirlər. Sosial şəbəkələrdə və bəzi mediada gəminin raket əleyhinə sistemə malik olmasına baxmayaraq pilotsuz uçan aparat vasitəsi ilə kreyserə iki raket atıldığını iddia edilir.

Hadisə təsdiqlənsə, "Moskva" Ukraynanın müharibə zamanı Rusiya ordusuna verdiyi ən böyük itki olacaq. "Moskva"nın məhv edilməsi daha çox simvolik hadisə kimi də dəyərləndirilə bilər. Bu Rusiya hərb tarixi üçün daha böyük - utancverici itki olacaq.

Müharibənin ilk günlərində "Zmeinıy" adasında 13 Ukrayna əsgərinin təslim olmasını tələb edən döyüş gəmisi idi - etdiyi hədələrin cavabını cavab alıb: "Rusiya döyüş gəmisi, get özün get!", - deyə sosial şəbəkələrdə yazırlar.

Rusiya rəsmi olaraq hadisənin kreyserində döyüş sursatının işə düşməsi nəticəsində baş verdiyini desə də,  Ukrauna hadisə barədə rəsmi məlumat verməyib.

Qeyd edək ki, "Moskva", Project 1164 Atlant-ın aparıcı gəmisi olan Qara Dəniz Donanmasının flaqmanıdır. 1983-cü ildə “Şöhrət” adı ilə istifadəyə verilib. 1996-cı ildə kreyser indiki "Moskva" adını alıb. Gəminin əsas zərbə silahı "16 P-1000 Vulkan" raket buraxılış qurğusudur.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »