Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"“Moskva” raket kreyserinin vurulması Rusiya adına biabırçılıqdır"
"“Moskva” raket kreyserinin vurulması Rusiya adına biabırçılıqdır"

Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, baş verən yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib. “Ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır” - məluamtda qeyd olunur.

Qeyd edək ki, daha öncə “Moskva” kreyserinin Ukrayna hərbçiləri tərəfindən “Neptun” raketləri ilə vurulduğu barədə məlumat yayılıb. Bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko məlumat paylaşıb. Məlumatda Rusiya gəmisinə ciddi ziyan dəydiyi qeyd olunub.

Siyasi şərhçi Turan Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Ukrayna silahlı qüvvələrinin “Neptun” raketi ilə Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” kreyserini vurması Kreml üçün ciddi bir itkidir. Çünki “Moskva” kreyseri Rusiyanın qara dəniz donanmasının iki böyük gəmisindən biri idi. Digəri isə “Kelç” kreyseridir.

Turan Rzayev Turan Rzayev

“Rusiya Ukrayna müharibəsi gedişində Rusiyanın iki böyük gəmisindən birini itirməsi həm gəmi donanması, həm də özünü "superdövlət" adlandıran Rusiya adına biabırçılıqdır.

Gəmi güclü raket əleyhinə müdafiə sistemi RLS ilə təchiz edilmiş, "Fort" HHM sistemi və 6 AK-630 artilleriya qurğuları ilə müdafiə olunurdu. Bundan başqa gəminin bortu 64 ədəd S-300F Fort zenit raketi, 4 "Osa" ZRK, 36 zenit artilleriyası, 16 gəmi əleyhinə raket, 2 sualtı qayıq əleyhinə raket sistemi və bir döyüş helikopteri ilə təchiz olunmuşdu. “Moskva” kreyserinin təsisatına baxmaq belə kremlə dəyən ziyanın miqyasını hesablamağa kifayət edir.

Digər tərəfdən məsələ təkçə iqtisadi və ya hərbi itkidən də getmir. “Moskva” kreyserinin məhf edilməsi Ukrayna ordusuna xalqına əlavə motivasiya olacaq. Yəni bu hadisə ukraynalılarda “Rusiyanın ən güclü gəmisini batırmışıqsa, onları məğlub edə hətta ölkədən tamamilə çıxara bilərik” düşüncəsi yaradacaq”.

Siayasi şərhçi bildirir ki, yayılan videolardan da görünür ki, Ukrayna "Moskvanı" batırmaq üçün çox da əziyyət çəkməyib.

“Yayılan videolardan gəminin gövdəsinə 2 ədəd gəmi əleyhinə "Neptun" raketi buraxıldığı əks edilsə də, mümkündür ki, kreserin RLS sistemini məhv etmək üçün havadan "Bayraktar TB2" ilə hücum edilib.

“Moskva” kreyserinin "Neptun" raketi ilə batırılması həm də ondan xəbər verir ki, Qərb və ABŞ Ukraynaya Rusiya ilə müharibədə də qələbə qazanması üçün öz sinifinin ən yeni silahlarını verir. "Neptun" raketi hər ölkənin arsenalında yoxdur. Onuda qeyd edim ki, quru döyüşlərində də Javelin tank əleyhinə silahı verilib.

Yaxın zamanlarda biz Ukrayna ordusu arsenalında daha yeni, fərqli silahları da görə bilərik. ABŞ indiki məqəmda bu yolla həm Ukraynaya dəstəyini ifadə edir, həm də öz silahlarının gücünü başda Rusiya olmaqla əsas rəqibi Çinə göstərir.

Rusiya ən azı “Moskva” kreyseri kimi Ukraynaya zərbə vurub ordunun motivasiyasını qaldırmasa, daha ciddi itkilərlə üzləşə bilər. Ukrayna ordusu bu qələbə ruhu ilə işğal altındakı bütün torpaqlarını geri qaytara bilər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »