Azərbaycanın "cenub.az" saytının rəhbəri saxlanılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Verilən məlumata görə, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.