Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dilbər” yaxtasının həqiqi sahibi bilindi və həbs edildi - Foto
“Dilbər” yaxtasının həqiqi sahibi bilindi və həbs edildi - Foto

Almaniyanın Hamburq şəhərinin hakimiyyət orqanları “Dilbar” yaxtasının Rusiya oliqarxı Əlişir Usmanovun ailəsinə məxsus olduğunu müəyyən edib. “Dilbər” yaxtası həbs olunub və artıq Almaniya ərazisini tərk edə bilməyəcək.

Bu barədə Almaniya Federal Kriminal Polis İdarəsinin rəsmi sosial şəbəkə səhifəsində məlumat verilib. "İdarə dənizdə gizlənməsinə baxmayaraq, geniş araşdırmalar nəticəsində "Dilbar" yaxtasının sahibini müəyyən edib. Bu, Əlişir Usmanovun bacısı Gülbahor İsmayılovadır",- deyə məlumatda bildirilir.

Əlişir Usmanovun "Dilbər" yaxtası Əlişir Usmanovun "Dilbər" yaxtası

Əlişir Usmanov sanksiyalar altındadır, o, ən varlı Rusiya vətəndaşlarından biridir və həmçinin Rusiya hakimiyyəti ilə geniş əlaqələri var. “Beləliklə, dəbdəbəli “Dilbar” yaxtası sanksiyalar haqqında qanuna uyğun gəlir və Hamburqda qanuni olaraq üzərinə həbs qoyulub”,- deyə İdarədən bildirib.

Yeri gəlmişkən, “Dilbər” yaxtası 2022-ci il martın 2-də Əlişir Usmanova qarşı sanksiyalar çərçivəsində Almaniya hökuməti tərəfindən saxlanılıb. Yaxta 2021-ci ilin oktyabr ayından Hamburqdakı “Blohm + Voss” gəmiqayırma zavodunda lövbər salıb və təmir olunur.

2016-cı ildə istehsal edilərək təhvil verilmiş “Dilbər” ümumi tonnajına görə dünyanın ən böyük motorlu gəmisidir. Bu, ən mürəkkəb konstruksiyaya sahib olan yaxtalardan biridir. Qeyd edək ki, Amerikanın “Bloomberg Markets” jurnalı 2013-cü ildə Usmanovu dünyanın ən nüfuzlu iş adamlarından biri adlandırıb.

Daha əvvəl xəbər verildiyi kimi, oliqarx Əlişir Usmanova məxsus, maksimum kateqoriyalı “VR10” zirehli beş metr uzunluğunda “Mercedes-Maybach S650 Guard” limuzini də İtaliyada həbs edilib. Rusiya prezidenti Vladimir Putin varlı investorunu ziyarət edərkən əvvəllər “FN 133 YT” dövlət nömrə nişanlı həmin avtomobili idarə edirdi.

Hazırda dünya boyunca bir çox ölkələrdə Rusiyanın Putinə yaxın olan oliqarxlarının əmlakına həbs qoyulur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »