Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibəyə görə Kiyevi tərk edənlərin çoxu geri dönüb"
"Müharibəyə görə Kiyevi tərk edənlərin çoxu geri dönüb"

Rusiya ilə genişmiqyaslı müharibə başlayandan sonra Kiyevi tərk etmək məcburiyyətində qalan sakinlərinin üçdə ikisi artıq şəhərə qayıdıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ümumkrayna telemarafonunun efirində şəhər meri Vitali Kliçko məlumat verib.

"Kiyev əhalisinin üçdə ikisi artıq geri - evlərinə qayıdıb. Tövsiyələrə baxmayaraq, təhlükələrə rəğmən hər gün xeyli insan doğma şəhərinə qayıdırlar. Nə qədər təhlükəli olsa da, biz bunu qadağan edə bilmərik, ancaq tövsiyə edə bilərik", - deyə mer bildirib. O, əlavə edib ki, şəhərə qayıtmaq hələ tezdir - çətinliklər var, ictimai nəqliyyat, digər xidmət strukturlarının hamısı işləyə bilmir və keçid məntəqələrində yoxlamalar aparılır.

Merin sözlərinə görə, şəhər hakimiyyəti yalnız hərbçilərin tövsiyələri çərçivəsində fəaliyyəti təşkil edə bilir. Onlar da öz növbəsində şəhərə raket hücumu təhlükəsinin olduğu barədə xəbərdarlıq edirlər.

“Digər təhlükə regionun bitişik ərazilərinin minalardan təmizlənməsidir, burada təəssüf ki, partlayışlar nəticəsində bir neçə nəfər həlak olub. Hələ minaların tamamilə təmizlənməsi işi başa çatmayıb. Bunun üçün əlavə qüvvəyə ehtiyac var və indiki zamanda hərbçilər əsas bölgələrin təmizlənməsi ilə məşğuldurlar”, - deyə Kliçko əlavə edib.

Onun sözlərinə görə, artıq paytaxtda 10 minə yaxın məcburi köçkünün dönməsi qeydiyyata alınıb.

Rusiya Federasiyası Müdafiə Nazirliyi bu ərəfədə Kiyevdə hökumət binalarını atəşə tutmaqla təhdid etməyə başladı. Bu, guya, Rusiya Federasiyası ərazisindəki obyektlərə "Ukraynanın təxribat və zərbələrinə" cavab olacaq.

Təhdidlərə cavab olaraq Ukrayna Prezident Aparatı istənilən Rusiya ssenarilərinə hazır olduqlarını açıqlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »