Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Rusiyaya Ukrayna ilə bağlı təkliflər verib
BMT Rusiyaya Ukrayna ilə bağlı təkliflər verib

“BMT Ukrayna ilə bağlı humanitar təşəbbüslərlə Rusiyaya müraciət edib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Onun sözlərinə görə, qurum təkliflərlə bağlı Rusiyadan cavab gözləyir. Təkliflər arasında atəşkəs daxil olmaqla humanitar yardımın çatdırılması və mülki əhalinin evakuasiyası üçün dəhlizlərin yaradılması da var.

Quterreş hesab edir ki, hazırda Ukraynada ümumi atəşkəs mümkün deyil: “Mən humanitar səbəblərdən buna çağırıram”.

Bununla yanaşı, Quterreş müəyyən yerlərdə humanitar vəziyyətin yumşaldılması üçün yerli atəşkəs rejimlərinin yaradılmasının mümkünlüyünü də istisna etməyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »