Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Le Pen prezident seçilsə, Fransanı NATO-dan çıxaracağını deyib
Le Pen prezident seçilsə, Fransanı NATO-dan çıxaracağını deyib
"Milli Rally" namizədi Marin Le Pen prezident seçkilərində qalib gələcəyi təqdirdə Fransanı NATO-nun vahid hərbi komandanlığından çıxarmaq niyyətində olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bunu Le Pen çərşənbə günü Parisdə mətbuat konfransında deyib: "Mən Fransanın NATO-nun vahid hərbi komandanlığını tərk etməsini istəyirəm. Mən heç vaxt bizim qoşunların NATO komandanlığına və ya Avropa komandanlığına tabe olması ilə razılaşmayacağam. Fransa 1966-2009-cu illərdə alyansdakı statusuna qayıtmalıdır", - deyə Fransa prezidentliyinə namizəd bildirib.

Le Pen deyib ki, o, seçiləcəyi təqdirdə, Ukraynadakı münaqişə bitdikdən sonra NATO-ya Rusiya ilə strateji yaxınlaşma təklif etmək niyyətindədir.

“Hərbi əməliyyatlar bitəndə mən NATO ilə Rusiya arasında strateji yaxınlaşma təklif edəcəyəm”, - deyə Le Pen bildirib. O əlavə edib ki, onun xarici siyasətinin əsas prinsipləri müstəqillik, bərabər məsafə və sabitlik olacaq.

Le Pen, seçkilərdə qalib gələrsə, Ukraynaya müdafiə silahları verməyə və kəşfiyyat məsələlərində dəstək verməyə davam edəcəyini də vəd edib.

O, dövlət başçısı seçiləcəyi təqdirdə ölkəni Aİ-dən çıxarmayacağını, əksinə, daxildən islahatlar aparacağını bildirib.

"Frexit mənim layihəm deyil. Mən Aİ-ni daxildən islahat etmək istəyirəm", - deə o qeyd edib. Eyni zamanda, Le Pen Avropa İttifaqında ingilis dilinin hökmranlığı ilə razılaşmadığını bildirib: "Hesab edirəm ki, fransız və alman dillərinin mövqeyini gücləndirmək lazımdır", - deyə prezidentliyə namizəd bildirib.

Le Pen söz verib ki, seçilərsə, ölkə Almaniya ilə hərbi təyyarələrin birgə inkişafı proqramından çıxacaq və diqqətini "Rafale" qırıcı donanmasının yenilənməsinə yönəldəcək. Onun sözlərinə görə, Fransa və Almaniya arasında birgə hərbi təyyarə proqramı ilə bağlı "həll olunmaz fikir ayrılıqları" var. O, seçiləcəyi təqdirdə "Fransa Almaniya ilə hərbi təyyarələrin yaradılması üzrə əməkdaşlığı tamamilə dayandıracaq" deyə söz verib.

Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçki kampaniyasının finalında Le Penin rəqibi ölkənin hazırkı prezidenti Emmanuel Makron olacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »