Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeytsin dünyanı xilas edəcək layihəsi: GERM!
Bill Qeytsin dünyanı xilas edəcək layihəsi: GERM!

2019-cu ildən həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada can almağa davam edərkən, Bill Qeytsdən pandemiya və peyvəndlərlə bağlı diqqətçəkən açıqlamalar gəldi. Bu Bill Qeytsin “dünyanı xilas etmək” layihəsi - "GERM"dir.

2015-ci ildə Kovid-19-a bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və xəbərdarlıq edən Geytsi tarix haqlı çıxarmışdı. Kanadanın Vankuver şəhərində keçirilən "TED 2022" konfransında çıxış edən Qeyts bu sahə ilə bağlı maraqlı açqlamalar verib.

Baş verənləri "oyun" adlandıran nəzəriyyəçilələri "Covid-19" pandemiyası zamanı Qeytsi hədəf aldılar və sübut olmamasına baxmayaraq, milyarderin şirkətləri tərəfindən hazırlanmış mikroçiplərin peyvəndlər vasitəsilə insanlara implantasiya edildiyini iddia etdilər. "Oyun" nəzəriyyəçiləri və peyvəndlərə qarşı çıxanlar haqqında danışan Qeyts aşağıdakı ifadələrdən istifadə etdi: “Qates Fondu vaksinlərlə, yeni peyvəndlərin ixtirasında və vaksinləri maliyyələşdirməklə çox maraqlanır. Biz bu səylərimizlə on milyonlarla insanın həyatını xilas etdiyimiz üçün qürur duyuruq”, - deyib. Etirazlara necə münasibət bəslədiyini soruşduqda, o, bunun "bir az qəribə" olduğunu söylədi.

"Kovid-19"un son Pandemiya olmaya biləcəyini dəfələrlə bildirən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar qərar qəbul edib. Lazımi addımlar atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini ifadə edən Qeyts qlobal epidemiyaya qarşı reaksiya və səfərbərlik üçün yaradılan "GERM" komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bu sərmayə ilə yanaşı, Qeytsin planına bütün dünyada diaqnostika və səhiyyə sistemləri R&D üçün daha çox dəstək verilməsi də daxildir.

"GERM"in yeganə prioriteti pandemiyanın qarşısını almaq olan 3000 nəfərlik cavab qrupuna sahib olacağını vurğulayan Qeyts, "GERM" komandalarının epidemioloq və məlumat alimlərindən tutmuş logistika mütəxəssislərinə qədər ünsiyyət və diplomatiya bacarıqlarına malik bir sıra ekspertlərdən ibarət olacağını bildirib. Qeyts qlobal sağlamlıq ordusu kimi fəaliyyətə başlayan "GERM"in əsas vəzifəsinin "epidemiyaları pandemiyaya çevrilməmiş dayandırmaq" olduğunu bildirib. Qeyts: "Çünki ilk 100 gündə "Kovid-19"un yayılmasını dayandıra bilsəydik, bu gün virusdan ölənlərin 98 faizindən çoxu sağ qalardı", - deyə bildirib.

Növbəti Pandemiyanın qarşısının alınması adlı kitabın mayın 3-də çapdan çıxacağını bildirən Qeyts, ötən həftələrdə yazdığı məqaləsində bu açıqlamaları verib: “Kitabda mən təkcə gələcək pandemiyaları dayandırmaq üçün deyil, həm də bu prosesdə bütün dünyada hər kəsə daha yaxşı səhiyyə təmin etmək üçün atacağımız konkret addımları təsvir edirəm. Mən bu epidemiyadan öyrənə biləcəyimiz dərsləri, həyatı xilas etmək üçün lazım olan yenilikləri və patogenləri erkən, ədalətli şəkildə dayandırmaq üçün lazım olan yeni vasitələri ümumiləşdirmişəm.

Kitaba Anthony Fauci və Tedros Adhanom Ghebreyesus kimi ictimai səhiyyə liderləri ilə müntəzəm görüşlərini daxil etdiyini bildirən Qeyts: "Sizə "oyun" nəzəriyyələrinin mövzusu olmağın necə bir şey olduğunu söyləyirəm", - deyib.

Qeyts sözlərini belə davam etdirdi; “Daha pandemiyaların qarşısını almaq məqsədi heç də iddialı deyil. Son iki il ərzində əldə etdiyimiz irəliləyiş, o cümlədən peyvəndlərlə əldə etdiyimiz yeniliklər və tənəffüs xəstəlikləri haqqında qazandığımız biliklər artıq bizi bu işə həvəsləndirdi. Bu, uğura aparan yoldur. Dünya indi pandemiyaların nə qədər ciddi olduğunu başa düşür və fəallıq bizim tərəfimizdədir. Artıq heç kimi inandırmaq lazım deyil ki, yoluxucu bir xəstəlik milyonlarla insanı öldürə və ya qlobal iqtisadiyyatı dayandıra bilər. Doğru seçimlər və investisiyalar etsək, "Kovid-19"u son epidemiyaya çevirə bilərik”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »