Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov Mariupolda 1026 Ukrayna dəniz piyadasının təslim olduğunu bildirib
Kadırov Mariupolda 1026 Ukrayna dəniz piyadasının təslim olduğunu bildirib

Çeçenistan lideri Ramzan Kadırov çərşənbə günü 1000-dən çox ukraynalı dəniz piyadasının mühasirədə olan liman şəhəri Mariupolda təslim olduğunu iddia edərək "Azovstal" polad zavodunda gizlənən qüvvələri təslim olmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, TASS xəbər agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi həmçinin Mariupol şəhərində Ukraynanın 36-cı Dəniz Briqadasının 1026 əsgərinin təslim olduğunu iddia edib.

Kadırovun "Telegram" kanalında verdiyi açıqlamaya Ukrayna rəsmilərindən heç bir şərh verilməyib. Ukrayna Baş Qərargahı çərşənbə günü səhər hesabatında bildirib ki, Rusiya qüvvələri "Azovstal" və limana hücumlara davam edir.

"Bu gün Mariupolda Ukrayna Silahlı Qüvvələrinin mindən çox dəniz piyadası təslim olub. Onların arasında yüzlərlə yaralı var. Bu, düzgün seçimdir", - deyə Çeçenistan prezidenti Kadırov "Telegram" kanalında yazıb.

Çeçenistan rəhbəri bildirib ki, hazırda iki yüzə yaxın yaralı "Azovstal"ın ərazisində gizləniblər. Onlara tibbi yardım göstərmək mümkün deyil. Bu mənasız qarşıdurmaya son qoyaraq təslim olmaqla öz ailələrinə qayıtsalar, onlara da, başqalarına da yaxşı nümunə olardı”, - deyə Kadırov bildirib.

Rusiya televiziyası çərşənbə axşamı Mariupoldakı İlliç Dəmir və Polad Zavodunda dəniz piyadalarının könüllü təslim olduqlarını və onların çoxunun yaralı olduğunu əks etdirən şəkilləri nümayiş etdirib.

Kadırovun təslim olmuş 1000 Ukrayna dəniz piyadası haqqında danışarkən hansı zavodu - "Azovstal" və ya "İlliç" Dəmir-Polad Zavodunu nəzərdə tutduğu bəlli deyildi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »