Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin, Lavrovun və Peskovun övladları Qərbdə necə dəbdəbəli həyat sürür...
Putinin, Lavrovun və Peskovun övladları Qərbdə necə dəbdəbəli həyat sürür...

Kreml rəhbərliyi Ukraynaya hücumu daha çox Qərbin təhlükə yaratması ilə əlaqələndirir. Moskva hamını inandırmağa çalışır ki, qonşu ölkədə hərbi əməliyyatlar başlamasaydı, ABŞ və Avropa özü işğalçılıq nümunəsi göstərəcəkdi. Halbuki elə hakimiyyətdə yer alanların övladları Qərb dövlətlərində firavan həyat yaşayır. Belə təhlükəlidirsə, onda uşaqlarını niyə ABŞ-a və Avropaya göndəriblər?

Bizimyol.info xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun ailəsi sanksiya siyahısına ən birinci düşənlərdəndir. Onun qızı Yelizaveta dərin depressiya içindədir. Peskovun 24 yaşlı övladı yazır ki, özünü Avropa mühitində daha yaxşı hiss edir. Yelizaveta Peskova Rusiya təhsil sisteminin çox bərbad olduğunu dilə gətirib. Məmur övladı Parisdə təhsil alıb, hətta Avropa Parlamentində təcrübə keçib. İndi isə köhnə qitənin qapıları onun üzünə bağlanıb.

Luiza Rozova, Putinin qızı Luiza Rozova, Putinin qızı

Hələ bir neçə il əvvəl Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu Yelizaveta və onun anasının adına Fransa paytaxtının bahalı kvartallarının birində 2 milyon dollara 180 kvadratmetr sahəsi olan mənzil alındığını açıqlamışdı. Halbuki Dmitri Peskovun ailəsinin rəsmi gəlirləri belə dəbdəbəyə şərait yaratmır. Yelizaveta isə Qərbin sanksiya qərarını “ədalətsiz və əsassız” adlandırır.

Yelizavetanın ögey qardaşı Mikola Çoulz İngiltərədə böyüyüb. O, şəxsi təyyarəsi ilə dünyanın əksər ölkələrinə səyahət edib. Mikolanın Moskvada bahalı mənzilləri və avtomobilləri var.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Qərbin yaratmaqda olduğu dünya düzəninin dağılmasının vacibliyindən danışır. Amma qızını London və Nyu-Yorkda nüfuzlu universitetlərdə oxudub.

Polina Kovalyova Sergey Lavrovun nikahdan kənar münasibətlərdən doğulan övladıdır. Buna baxmayaraq, qız həmişə “ata məhəbbəti”ni hiss edib. Lavrov ona Londonun bahalı rayonlarından birində 5.8 milyon dollara mənzil alıb.

Dmitri Peskov və qızı Yelizaveta Peskova Dmitri Peskov və qızı Yelizaveta Peskova

Lavrovun digər övladı Yekaterina Vinokurova Nyu-Yorkda Kolumbiya Universitetini bitirib. 17 il ABŞ-ın ən çox əhalisi olan şəhərində yaşayıb. Vinokurova London İqtisadiyyat Məktəbinin magistr dərəcəsini də almağa imkan tapıb. Amma indi hər iki qız övladının adı sanksiyalar siyahısında yer alır.

Vladimir Putinin nikahdan kənar doğulan qızı Yelizavetaya hələ yeriməyə başlamamış Monakoda 4.1 milyon dollara mənzil alınıb. Böyük qızı Mariya holland iş adamı ilə ailə qurub, Niderlandda 3.3 milyon dəyəri olan mənzildə yaşayırmış. Kiçik qız Yekaterina Fransanın Biarrits şəhərində 8 yataq otağı olan imarətdə məskunlaşmışdı. Sanksiyalar onlara da zərbə endirib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »