Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib
Prezident Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Osman oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün Q.Qurbanov 50 yaşı tamam olur. O, 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

1992 - 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. 2017-2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olub.

2008-ci ildən "Qarabağ" klubunun baş məşqçisidir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »