Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərbi pisləyən Rusiya hakimiyyətinin övladları xaricdə hansı oyunlardan çıxır...
Qərbi pisləyən Rusiya hakimiyyətinin övladları xaricdə hansı oyunlardan çıxır...

Valideynləri açıq şəkildə Qərbə qarşı çıxdıqları halda, övladları həmin Qərb ölkələrində yaşayır. Qərb jurnalistləri Rusiyanın yüksək rütbəli məmurlarının Avropa İttifaqı və ABŞ-da yaşayan övladlarından danışıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN-nin araşdırmasında deyilir. Araşdırmada qeyd edilir ki, Qərbin sanksiya tətbiq etdiyi ilk ailələrdən biri Rusiya prezident administrasiyası rəhbərinin müavini, Vladimir Putinin sözcüsü Dmitri Peskovun ailəsidir. Peskovun 24 yaşlı qızı Yelizaveta, sosial şəbəkələrdə özünü “Avropa mühitində daha yaxşı hiss etdiyini” deyir, Rusiya təhsil sistemini isə “əsl cəhənnəm” adlandırır.

Deyilənə görə, Peskova uşaq ikən Paris yaxınlığındakı “Ecole des Roches”də təhsil alıb. Qeyd edilib ki, burada illik təhsil haqqı atasının maaşının təxminən dörddə birinə bərabərdir. Məktəbdə dərsdənkənar fəaliyyətlərə aviasiya kursları da daxildir. Yelizaveta Parisdə təhsilini davam etdirib, “Louis Vuitton”da təcrübə keçib və Fransa biznes məktəbində marketinq üzrə dərəcə qazanıb. Hətta Avropa Parlamentində də təcrübə keçib.

Dmitri Peskov və qızı Yelizaveta Peskova Dmitri Peskov və qızı Yelizaveta Peskova

Korrupsiyaya Qarşı Mübarizə Fondunun məlumatına görə, gənc qız öz anası ilə 2016-cı ildə Parisin ən bahalı məhəllələrindən birində təxminən 2 milyon dollara 180 kvadratmetrlik mənzil alıb. Yelizaveta ona qarşı tətbiq edilən sanksiyaları “tamamilə ədalətsiz və əsassız” adlandırır. Bu məhdudiyyətlərin onun səyahətinə mane olmasından narahat olduğunu dilə gətirir.

Yelizavetanın ögey qardaşı - Peskovun İngiltərədə böyüyən böyük oğlu Mikola Choles şəxsi təyyarələrlə dünyanı gəzir. Moskvada birinci dərəcəli daşınmaz əmlaka sahib olan Mikola lüks avtomobilləri ilə şəhəri gəzirdi.

2017-ci ildə “post-qərb” dünya nizamına çağıran xarici işlər naziri Sergey Lavrovun qızı isə London və Nyu-Yorkun nüfuzlu universitetlərində təhsil alıb. Ona qarşı son sanksiyalara əsasən anası ilə qanuni nikahda olmasa da, Böyük Britaniya hökumətinin “Lavrovun ögey qızı” adlandırdığı Polina Kovalyova Londonun ən bahalı ərazilərindən birində 5,8 milyon dollarlıq mənzilə sahibdir. Lavrovun qızı, London İqtisadiyyat Məktəbində magistr dərəcəsi alan, Nyu-Yorkda Kolumbiya Universitetində oxuyan, 39 yaşlı Yekaterina Vinokurova daha az görünür.

Sergey Lavrov və Polina Kovalyova Sergey Lavrov və Polina Kovalyova

Qeyd edək ki, həm Kovalyova, həm də Vinokourova bu yaxınlarda Britaniya sanksiyalarına məruz qalıb.

Araşdırmada "Putinin qızından" da danışılır. Rusiyanın müstəqil media orqanı olan “Proyekt”-in “Pandora Papers” sənədlərinə əsaslanan araşdırmasına görə, Putinin qızını dünyaya gətirən qadınlardan biri körpə doğulduqdan bir neçə həftə sonra Monakoda 4,1 milyon dollarlıq mənzilin sahibi olub.

Putinin böyük qızı Mariyanın hollandiyalı iş adamı ilə evləndiyi bildirilir. Cütlüyün Hollandiyada 3,3 milyon dollarlıq mənzildə yaşadığı qeyd edilir. Fransanın Biarritz şəhərindəki 8 otaqlı villa onun kiçik qızı Yekaterinaya aiddir. Malikanəni onun keçmiş əri Kirill Şamalov, Putinin uzun illər dostu olmuş milyarder Gennadi Timçenkodan alıb.

Mariya Vorontsova, Vladimir Putin, Katerina Tixonova Mariya Vorontsova, Vladimir Putin, Katerina Tixonova

Medianın “Putinin qızları” adlandırdığı hər iki qadın, Böyük Britaniya və ABŞ-ın sanksiyalarına məruz qalıb. Putinin nikahdankənar uşaqlarının daha çox olması və onların hamısının Qərb ölkələrində yaşadığı barədə məlumatlar var. Kreml həmişə bu xəbərləri təkzib edib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »