Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyada real denazifikasiyaya ehtiyacı olan yeganə ölkə Rusiyadır"
"Dünyada real denazifikasiyaya ehtiyacı olan yeganə ölkə Rusiyadır"

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç hesab edir ki, dünyada real denazifikasiyaya ehtiyacı olan yeganə ölkə Rusiyadır.

Bizimyol.info xəbər verir ki, o bu barədə öz Tvitter hesabında yazıb. O, qeyd edib ki, Rusiya qoşunlarının Ukraynada törətdiyi çoxsaylı soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin çox dəhşətli səhnələrindən sonra aydın olur ki, dünyada real deazifikasiyaya ehtiyacı olan yeganə ölkə Rusiya Federasiyasıdır.

Qeyd edək ki, bir müddət əvvəl Latviya Rusiyanın Ukraynada törətdiyi vəhşilikləri araşdıran Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğunun işinə 100 min avro ayırıb. Ukraynada törədilmiş mümkün cinayətlər bağlı isə, Beynəlxalq Cinayət Məhkəməsi martın 2-də araşdırmaya başlayıb.

Avropa Komissiyasının sədri həmçinin Ukraynaya rus işğalçı qüvvələrinin hərbi cinayətlərini sənədləşdirmək üçün avropalı mütəxəssislərin cəlb edilməsini də təklif edib. Britaniya bu prosesdə Ukraynaya məsləhət vermək üçün Beynəlxalq Cinayət Məhkəməsinin təcrübəli hakimini xüsusi müşavir təyin edib.

Qeyd edək ki, bu gün Latviya prezidenti Egils Levits Kiyevə səfər edəcək.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »