Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın Azərbaycanın ərazi bütövlüyü barədə açıqlaması nədən xəbər verir...
Paşinyanın Azərbaycanın ərazi bütövlüyü barədə açıqlaması nədən xəbər verir...

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Bakı ilə Yerevanın arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında bəyan edib.

“Həmçinin aprelin 30-dək rəsmi Bakı və Yerevan dövlətlər arasında sərhədlərin müəyyənləşdirilməsi ilə məşğul olacaq komissiyanın üzvlərini təyin etməlidirlər”,- deyən baş nazir əlavə edib ki, bununla paralel olaraq, Azərbaycan tərəfi ilə də iş aparmaq lazımdır. N.Paşinyan, həmçinin vurğulayıb ki, Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı danışıqlarda istəklərə deyil, faktlara əsaslanaraq öz mövqeyində mümkün qədər legitim olmalıdır.

“Beynəlxalq ictimaiyyət açıq şəkildə dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmanın təhlükəsindən danışır”,- deyə N.Paşinyan əlavə edib.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Nikol Paşinyanın bu açıqlaması daxili auditoriya və müxalifətə yönəlib. Çünki “Qarabağ klanı”, revanşist qüvvələr konkret olaraq Brüssel görüşündə əldə olunan razılaşmalara qarşıdır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Paşinyan bununla daxili aditoriyanı müharibə ilə təhdid edir. Bunun təbii ki, müəyyən müsbət nəticələri olacağını, effekt verəcəyini istisna etmirəm. Ümumiyyətlə Ermənistanın müharibə etmək üçün heç bir resursu yoxdur. Təbii ki, bu səbəbdən də Ermənistan razılaşmalara əməl etməli, 10 noyabr bəyənnaməsindən irəli gələn öhtəlikləri yerinə yetirməli, sərhədlərin delimitasi və demarkasiyası işləri aparılmalıdır.

Siyasi şərhçi açıqlaması zamanı bildirib ki, Azərbaycanın 7 kəndinin hələ də Erməsnitanın işğalında olması Azərbaycanı addımlar atmağa vadar edir.

“Ona görə də Paşinyan ümumilikdə də bu məsələləri önə çəkir və Ermənistanın çıxış yolu olmadığını xüsusi ilə vurğulayır. Hesab edirəm ki, bu Paşinyan tərəfindən müəyyən bir praqmatik addımdır.

Yenə də qarşıda Paşinyanın Moskva səfərləri və aprelin sonunda sərhədlərin deilimitasiya, demarkasiyası ilə bağlı iki tərəfli komitənin yaradılması gözlənilir. Paşinyan bunlara getməlidir. Amma bunlara getməyib, Moskvanın təlimatı ilə hərəkət edərsə, təbii ki, Ermənistanın xeyrinə olmayacaq.

Ermənistan tərəfi sülh müqaviləsinə məcburdur. Paşinyan da artıq bunu xalqına parlament tribunasından deyir. Düşünmürəm ki, ciddi müharibə olsun, amma onu deyə bilərəm ki, proses konkret olaraq Ermənistanın əleyhinə işləyir”,-deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »