Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə Nazirliyi Rusiyanın kimyəvi hücum təhlükəsi barədə xəbərdarlıq edib
Müdafiə Nazirliyi Rusiyanın kimyəvi hücum təhlükəsi barədə xəbərdarlıq edib

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın ukraynalılara qarşı kimyəvi silahdan istifadə edə biləcəyi riskinin yüksək olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə müvafiq bəyanatı müdafiə nazirinin müavini Anna Malyar informasiya marafonunun efirində verib.

“Unutmamalıyıq ki, bu gün Rusiya dövləti tərəfindən kimyəvi silahdan istifadə riski yüksəkdir, çünki onlar belə ssenariləri nəzərdən keçirirlər. Və Ukraynaya mindən çox raket atmalarına baxmayaraq, onların hələ də böyük silahı arsenalları var", - deyə o qeyd edib.

"Müharibə aktiv fazadadır. Deyə bilmərik ki, fəallıq azalır, döyüşlər azalır. Onlar Ukraynanın şərqinə hücum edirlər və çox şiddətli döyüşlər davam edir. Və digər bölgələrdə vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, düşmənin daha da irəliləyib-iləməyəcəyi bəlli olacaq”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Malyar həmçinin bildirib ki, aqressiv hərbi əməliyyatların bərpası riskləri Ukraynanın bütün regionlarında qalır: əhaliyə evlərinə geri dönmək, o cümlədən Kiyevə qayıtmaq tövsiyə edilmir. Bu, həm onları həyati təhlükəsizli üçün qorxuludur, həm də mülki əhalinin olduğu müharibə bölgəsində olmaları onları qoruyan hərbçilərin işini çətinləşdiri.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »