Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın sərvəti müsadirə olunaraq Ukraynaya verilməlidir" - Milovanov
"Rusiyanın sərvəti müsadirə olunaraq Ukraynaya verilməlidir" - Milovanov

“İqtisadiyyat hərbi və qeyri-hərbiyə bölünməlidir. Təbii ki, hərbi iqtisadiyyat inkişaf edir. Qeyri-hərbi və dinc iqtisadiyyatda isə əhəmiyyətli bir tənəzzül müşahidə edilir. Qiymətləndirmək çox çətindir. Ərzaq olub-olmaması, ordunun işləməyə qadir olub-olmaması, insanların maaş alıb-almaması səviyyəsində qiymət vermək olar”.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri, Kiyev İqtisadiyyat Məktəbinin prezidenti Timofiy Milovanov “unian”-a müsahibəsində Ukrayna iqtisadiyyatının hazırkı vəziyyəti və müharibədən sonrakı yenidənqurma işləri danışarkən bildirib. O, qeyd edib ki, “KSE” və “Gradus Research” tərəfindən aparılan son araşdırmada şirkətlərin 30 faizinin maaş vermədiyini, lakin ödənişləri bərpa etməyi düşündüyü müəyəyn edilib. Belə ki, hər beş şirkətdən biri transformasiya prosesindədir, 16 faizində artıq nəticələr var.

İqtisadçının sözlərinə görə, hazırda Ukraynada iqtisadiyyat restrukturizasiya vəziyyətindədir: “Müharibə olan yerdə tamam başqa, səfərbər edən iqtisadiyyat var. Malların və məhsulların paylanması hərbi idarələr tərəfindən həyata keçirilir. İndi ikili qiymətləndirmə sistemi olmalıdır. Komanda iqtisadiyyatı cəbhədə işləyir”.

Milovanovun fikrincə, sülh dövrü ilə müqayisədə müxtəlif hesablamalara görə, iqtisadiyyat 10, 30, 35 faiz aşağı düşüb. Amma bu faizlər o qədər də önəmli hesab edilmir. Çünki müharibə dövründə bütün xidmətlərə ehtiyac olmur. Onun sözlərinə görə, müharibə dövründəki Ukrayna iqtisadiyyatını hələ də başqa ölkələrin müharibə iqtisadiyyatı ilə müqayisə etmək olar: “İqtisadiyyatımızı Suriya ilə, Əfqanıstanla və ya Bosniyalı ilə müqayisə edirik. Və biz daha yaxşı olduğumuzu görürük, çünki işləməyə davam edirik. Hətta kafelər açıqdır və ya restoranlar, hətta SPA-yada gedə bilərsiniz. Bu Kiyevdə mümkün olmasa da, Rivne, Lutsk və ya Odessada mümkündür”.

Mütəxəssis qeyd edib ki, müharibə zamanı iqtisadiyyatın dörd-altı həftəyə kifayət qədər ehtiyatı olur. Qaz və neft ehtiyatları adətən, dörd, bəzən iki həftəyə kifayət edir.

“Müharibə zamanı tələbat azalır. Müharibənin altıncı həftəsində hər şey dağıla bilərdi. Ancaq bizdə belə olmadı. Məsələn, standart göstəricilər - tualet kağızı, sabun, şəkər kifayət qədərdir. Bu məhsulların bir hissəsi “humanitar yardım” kimi, bəzi hissəsi isə, idxal olaraq verilir. Ölkədə logistika işləyir, maliyyə işləyir, gömrük işləyir, təchizat işləyir, maddi-texniki təminat var, tibbi xidmətlər bombalanmaya baxmayaraq işləyir”,- deyən Milovanov qeyd eidb ki, hökumət ikinci rübdə müharibəyə görə, böyük büdcə kəsirinin olacağı barədə məlumat verib.

Müharibədən sonra iqtisadiyyatın yenidən bərpa edilməsinə gəldikdə isə, iqtisadçı qeyd edib ki, bərpa ilə bağlı heç bir fundamental problem olmayacaq: “Düşünürəm ki, daha böyük problem Qərbdən maliyyələşmənin olub-olmayacağıdır. Ola bilsin ki, Qərb sakitləşib desin: “Müharibə bitdi, biz qalib gəldik, Donbasdakı kimi borc götürək”. Bu bərpanın bürokratikləşməsi riski var”.

Timofiy Milovanov hesab edirki, əslində bərpa üçün 100-500 milyard dollar lazımdır. Bu 500 milyardı haradan əldə etmək olar? Əgər Rusiyanın aktivlərinə indi həbs qoyulsa, onlar verilə bilər, çünki seçicilərin onları Rusiyaya vermək və ya Ukraynaya vermək seçimi olacaq. Ukraynaya vermək yaxşı görünür. Və əgər bərpa vergilər hesabına olacaqsa, vəziyyəti düşünə bilmirəm. İndi isə biz Rusiyanın aktivlərinin müsadirə edilməsi üçün təzyiq etməliyik: “Rusiya terrorçu dövlət elan edilməli, insanlıq əleyhinə cinayətlərə qərar verən dövlətlə hansısa şəkildə bağlı olanların hamısının əmlakı müsadirə edilməlidir və s. Sonra müsadirə olunan pulları Bərpa Fonduna göndərmək olar. Bizə laızm olan 500 milyardı borc alsaq, bu bir tələ olar. Özəl investisiyalar tamamilə sıxışdırılıb aradan çıxarıla bilər”.

Mütəxəssis qeyd edib ki, müharibədən sonra həll edilməli əsas məsələlərdən biri başqa ölkələrə getmiş ukraynalıların geri qaytarılması olacaq. Ukrayna onları necə cəlb edə bilər və onlar üçün kifayət qədər iş yerləri olacaqmı?

“Düşünürəm ki, İsraildə olduğu kimi, insanları geri qaytarmaq, onları motivasiya etmək üçün proqram olacaq. Biz başqa ölkəyik. Nə qədər insanın öldüyünü başa düşürəm. Bu, faciədir. Rusiya həyasızcasına Ukraynaya daxil olub, bütün Ukraynanı ələ keçirməyə çalışdı. O, bütün Ukraynanı götürsəydi, növbəti ölkələrə də keçərdi. Biz azadlığın əvəzini ödəməyə hazırıq. Ona görə də inanıram ki, Ukraynada insanların çoxu müharibədən sonra daha yaxşı yaşayacaq. Çünki biz xalq olaraq, dövlət olaraq etdiklərimizdən utanmayacağıq. Dünyada indi ukraynalı olmaq dəbdədir. Və sonra Ukraynada yaşamaq da dəbdə olacaq. Ona görə yox ki, maaşınız daha çox olacaq, ona görə ki, siz dünyaya həqiqət tərəfdarı olmağı və qalib gəlməyi göstərən bir xalqın bir parçasısınız”,- deyə iqtisadçı əlavə edib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »