Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 14-nə olan hava proqnozu
Aprelin 14-nə olan hava proqnozu

Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, Bakıda gecə 10-12° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Sabah Azərbaycanın rayonlarında Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »