Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud ulduzu: "Əlimə silah alıb Rusiyaya qarşı döyüşmək istəyirəm"
Hollivud ulduzu: "Əlimə silah alıb Rusiyaya qarşı döyüşmək istəyirəm"

Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstək olan məhşurlardan Amerikalı aktyor Şon Penn (Sean Penn) qeyd edib ki, Rusiyaya qarşı əlinə silah almağı düşünür.

Rusiya Federasiyası qoşunlarının Ukrayna torpaqlarını işğala başladığı 24 fevral tarixində sənədli film çəkilişi üçün Kievdə olan və müharibə gücləndiyi üçün ölkəni tərk edən Penn keçən ay qaçqınlara dəstək məqsədilə Ukraynaya qayıtmışdı. Bizimyol.info xəbər veirr ki, “Hollywood Authentic” jurnalına açıqlama verən aktyor bildirib ki, yaxın zamanlarda əlinə silah alıb Rusiyaya qarşı döyüşməyə başlayacaq.

“Ukraynadasınızsa, döyüşməyi düşünürsünüz. Bir tərəfdən də bu necə yüzillikdir deyə düşünürsünüz. Ötən gün "Brentwood"da bir yanacaqdoldurma məntəqəsində idim, indi isə Rusiyaya qarşı əlimə silah almağı düşünürəm”,- deyən Penn Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbəti barədə də danışıb. O, bildirib ki, həmin an böyük cəsarətlə ayağa qalxmalı olan bir insana baxmaq ona çöx böyük təsir bağışlayıb: “Mənə elə gəlir ki, o, dünyaya gəlməyinin səbəbini tapıb”.

Şon Penn (Sean Penn) Şon Penn

Bir müddət əvvəl Zelenskinin Oscar mükafatı mərasimində çıxış etməsini tələb edən və bu həyata keçirilməsə, aldığı Oscar mükafatlarında imtina edəcəyini açıqlayan Şon Penn iş adamlarına Ukrayna ordusu üçün 12 döyüş təyarəsi almaqla bağlı çağırış da etmişdi.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »