Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır
Paşinyan deyib ki,  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Bakı ilə Yerevanın arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında bəyan edib.

Baş nazir: "Aprelin 30-dək rəsmi Bakı və Yerevan dövlətlər arasında sərhədlərin müəyyənləşdirilməsi ilə məşğul olacaq komissiyanın üzvlərini təyin edilməlidir. Bununla paralel olaraq, Azərbaycan tərəfi ilə də iş aparmaq lazımdır", - deyən əlavə edib. N.Paşinyan, həmçinin vurğulayıb ki, Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı danışıqlarda istəklərə deyil, faktlara əsaslanaraq öz mövqeyində mümkün qədər legitim olmalıdır.

Paşinyan Qarabağda münaqişənin kəskinləşməsi zamanı Ermənistanın itkilərindən də danışıb. O, 2020-ci ilin payızında Qarabağda münaqişənin kəskinləşməsi nəticəsində Ermənistan 3825 nəfər hərbçisini itirdiyini bildirib.

Paşinyan münaqişənin kəskinləşməsi zamanı həlak olanların əksəriyyətinin meyitlərinin aşkarlandığını və ya şəxsiyyətinin müəyyən edildiyini də vurğulayıb.

Qeyd edək ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, aprelin 9-da ABŞ-ın İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib. Etirazçılar Ermənistanda yerləşən bioloji laboratoriyaların yoxlanılması tələbi irəli sürüb. Onlar bu laboratoriyaların nəticələri ilə razılaşmadıqlarını, tibb müəssisəsinin yanlış və sifarişli hesabatlar açıqladığını iddia ediblər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »