Polşa, Latviya, Litva və Estoniya Prezidentləri qatarla Kiyevə yola düşüblər.
Məlumata görə, onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər. Görüşdə Ukraynanın Avropa İttifaqına daxil olması, NATO-nun şərq cinahının gücləndirilməsi və Rusiyaya qarşı sanksiyalar müzakirə olunacaq.
Siyasi şərhçi Turan Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu ölkələrin Ukraynaya səfər etməsi özlüyündə siyasi mesaj xarakteri daşıyır. Onun sözlərinə görə, mövcud stiuatsiyanı bu ölkələr özləri üçün damino effekti olaraq görürlər.

“Yəni bənzətmə olaraq deyə bilərik ki, İkinci Dünya Müharibəsi öncəsi SSRİ Almaniya ilə birlikdə Polşanı öz aralarında böldü və sonrasında Baltikyanı əraziləri işğal etdi. Bu gün də həmin ölkələr Ukrayna Rusiya müharibəsində Rusiyanın əldə edəcəyi qələbə sonrası növbəti hədəf özlərinin olacaqlarını düşünürlər. Bunun olmaması üçün isə Ukraynaya əllərindən gələn dəstəyi edirlər. Burada iqtisadi, siyasi dəstəklər var.
Səfər öncəsi də qeyd olunmuşdu ki, həmin ölkələrin rəhbərləri Ukraynaya çantalarında mühüm sənədlərlə gedirlər. Yəni mümkündür ki, həmin ölkələr Ukraynaya hərbi, iqtisadi yardım etsinlər. Bu da mümkündür ki, tərəflər arasında keçiriləcək görüşdə bu ölkələrin vətəndaşlarının könüllü şəkildə döyüşməsi üçün şərait yaradılsın. Bu zaman isə gələcək könüllülərin həqiqətən mülki şəxslər, ya ordudan təxris edilən, ethiyatda olan hərbçilərin olub-olmayacağı məsələsi var”.
Siyasi şərhçinin sözlərinə görə, bu səfərin təşkil edilməsinin əsas məqsədi təkcə Ukraynaya dəstək deyil, eyni zamanda bu ölkələrin Rusiyadan narahat olduğunu göstərir.
“Çünki indiki məqamda bəzi məlumatlar var ki, Rusiya Finlandiya, eyni zamanda Baltikyanı ölkələrin sərhəddinə kifayət qədər qoşun yığıb. Bu da həmin ölkələri ciddi şəkildə narahat edir. Nəzərə almaq lazımdır ki, Baltikyanı ərazilərlə sərhəd boyunca Rusiya əraziləri var və bunlardan biri də Kalininqraddır. Burada isə Rusiyanın böyük həbi bazası və kontingenti var”.
Siayasi şərhçi bildirir ki, bu ölkələrin Ukraynaya dəstəyinin pərdə arxasında İngiltərə faktoru da var.
“Məhz Baris Consonun Ukraynaya səfəri bu mənada olduqca vacib idi. Onun səfəri sonrası bu ölkə rəhbərlərinin Ukraynaya səfər etməsi ondan xəbər verir ki, İngiltərə regionda Baltikyanı ərazidən Ukraynaya uzanan yeni bir müdafiə xətti yaradır. Bu xətt Avropanın təhlüksizliyi baxımından vacibdir. Yəni Estoniya, Latviya, Litva, Polşa və Ukrayna arasında tam bir hilal formasında sədd yaradır. Bu ölkələrin birlikdə hərəkət etməsi, regionda ortaq siyasi, hərbi addımlar atması Rusiyaya qarşı hesablanmışdır və İnngiltərə bununla Rusiyaya qarşı açıqca həmlə etdiyini göstərir”.
Leyla Mirzə, Bizimyol.info