Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Putin və Zelenski ilə yenidən danışmağı planlaşdırır
Makron Putin və Zelenski ilə yenidən danışmağı planlaşdırır

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə yeni telefon danışıqları aparmağı planlaşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə bu gün "France 2" telekanalının efirində bildirib.

Fransada prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürən Makron: “Yaxın günlərdə Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə yenidən telefonla danışacağam”, - deyib.

Makron həmçinin bildirib ki, o, Ukraynada hərbi əməliyyatların dayandırılması və orada sülhün bərpası üçün hər cür səy göstərir. Eyni zamanda o, Ukraynada baş verənlərin ona “soyqırım” kimi göründüyünü iddia edən ABŞ prezidenti Co Baydenin sözləri ilə razılaşmayıb.

“Bu gün biz şərtlərlə çox diqqətli olmalıyıq, çünki söhbət rus və ukrayna qardaş xalqlardan gedir”, - Makron aparıcının suallarını cavablandırarkən deyib. "Mən bu münaqişəni dayandırmaq və sülhü bərpa etmək cəhdlərini davam etdirmək istəyirəm. Düşünmürəm ki, sözlərin eskalasiyası bu məqsədə xidmət edir", - deyə Fransa lideri bildirib.

Eyni zamanda Makron qeyd edib ki, müharibə cinayətləri ilə bağlı bütün məlumatlar ədalətli araşdırılmalıdır: "Ukraynada baş verənlər qəbuledilməzdir", - deyib. O, Ukrayna nizamlanmasına çox vaxt ayırmağa davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Makron rusiyalı həmkarı ilə danışıqlar aparmaq üçün fevralın 7-də Moskvaya səfər edib. Ertəsi gün Fransa lideri Kiyevə səfər etdi. Moskvadakı dialoqdan sonra Makron və Putin arasında müntəzəm olaraq telefon danışığı olur.

Ötən həftə Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçkilərdə əhalinin 73,69 faizi iştirak edib. Prezidentlik uğrunda 12 namizəd mübarizə aparıb. Səslərin 100%-i hesablandıqdan sonra Makron (27,84%) və onun əsas rəqibi, “Milli Assosiasiya”nın lideri Marin Le Pen (23,15%) ikinci tura keçib. Seçkinin ikinci mərhələsi aprelin 24-də keçiriləcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »