Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada Putinin yaxın adamı, oliqarx Medvedçuk saxlanılıb
Ukraynada Putinin yaxın adamı, oliqarx Medvedçuk saxlanılıb

Aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidməti rusiyayönlü oliqarx və siyasətçi, Putinin yaxın adamı (Rusiya Prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) Viktor Medvedçuku saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski bildirib. O, Telegram-da Medvedçukun hərbi formada stulda oturmuş və əlləri qandallı şəklini yerləşdirib.

“Xüsusi əməliyyat UTX sayəsində həyata keçirilib! Əla! Təfərrüatlar sonra”, - Ukrayna lideri yazıb.

UTX-nun rəhbəri İvan Bakanov bildirib ki, Medvedçuk hüquq-mühafizə orqanlarından gizlənmək üçün uniforma geyinib. UTX Putinin yaxın adamının dəqiq harada saxlandığı barədə məlumat verilməyib.

“Ukrayna Prezidenti Vladimir Zelenskinin göstərişlərinə əsasən, peşəkarlıqla işlənilən ildırım sürəti, təhlükəli və çox yüksək səviyyəli əməliyyatı həyata keçirən bütün UTX əməkdaşlarına, xüsusən də Ukrayna xüsusi xidmət orqanlarının müstəntiqlərinə və əks-kəşfiyyatçılarına təşəkkür edirəm. Deputat Medvedçukun saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Heç bir xain cəzadan yayına bilməyəcək və Ukrayna qanunlarına uyğun cavab verəcək,” - deyə Bakanov bildirib.

Zelenskinin ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Medvedçukun Kiyevdə saxlanılmadığını bildirib.

"Belə görünürdü ki, Medvedçuk Kiyevdə deyildi. Amma onu Ukraynanın Təhlükəsizlik Xidməti, belə deyək ki, incəliklə axtardı, axtardı və tapdı", - deyə Aretoviç Mark Feyqinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Medvedçuk Ukraynada kimin rusiyayönlü əhval-ruhiyyəni təbliğ etdiyini deyə bilən “çox qiymətli resursdur”.

Ukrayna Baş Prokurorluğu bəyan edib ki, Viktor Medvedçukun Moskva ilə təmasları “2014-2015-ci illərdə dövlətin iqtisadi təhlükəsizliyinə zərbə vurub”. Putinin yaxın adamına qarşı işlərdən biri Donbassın müvəqqəti işğal olunmuş ərazilərindən (LXR və DXR-in tanınmamış respublikalarının ərazisindən) kömür qaçaqmalçılığı ilə bağlı olub. Prokurorluq Medvedçukun bu fəaliyyətdə Rusiya rəhbərliyinin əli olmasından şübhələnirdi.

Ehtimal olunur ki, Viktor Medvedçuk bilərəkdən Cənubi Afrikadan Ukraynaya kömür tədarükü üzrə müqavilələrin bağlanmasına mane olub, nəticədə yanacaq qıtlığı yaranıb.

“Bundan istifadə edən Rusiya Federasiyası əvvəllər müqavilə bağladığı Rusiya kömürünün Ukraynaya tədarükünü süni şəkildə əngəlləyib. Rusiya işğal etdiyi ərazilərdə kömürün alınmasını ixracın bərpası üçün şərt qoyub”, - Ukrayna prokurorluğunun bəyanatında deyilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »