Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson koronavirus məhdudiyyətlərini pozduğuna görə cərimələnib
Boris Conson koronavirus məhdudiyyətlərini pozduğuna görə cərimələnib

Böyük Britaniyanın Baş naziri Boris Conson və maliyyə naziri Rişi Sunak pandemiyanın ilk dalğasında koronavirus məhdudiyyətlərini pozduqlarına görə cərimələnəcəklər.

"Report" xəbər verir ki, bu barədə ITV telekanalı Britaniya Nazirlər Kabineti rəhbərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, London polisinin insanların böyük yerlərə toplaşmasını qadağan edən sərt məhdudlaşdırıcı tədbirləri zamanı Conson iqamətgahında və digər hökumət binalarında təşkil edilən ziyafətlərə görə qonaqlara 50-dən çox cərimə kəsilib.

Xatırladaq ki, B.Conson lokdaun zamanı hökumətin yerləşdiyi Dauninq stritdəki əyləncədə maskasız iştirak edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »