Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: “Polis şöbəsindəki qətldən sonrakı vəziyyətin görüntülərinin yayılmasında problem yoxdur”
DİN: “Polis şöbəsindəki qətldən sonrakı vəziyyətin görüntülərinin yayılmasında problem yoxdur”

“Sosial şəbəkələrdə ötən il Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində törədilən qətldən sonrakı vəziyyəti əks etdirən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb”.

"Bizimyol.info" xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Hadisədən sonra mərhumun yaxınları arasında yaranan bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranan narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda, videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib”.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib. İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb. Qətldən sonrakı vəziyyəti əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »