Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin “ABŞ sonuncu ukraynalı qalana qədər Rusiya ilə vuruşmağa hazırdır” fikri ilə razıdır
Putin “ABŞ sonuncu ukraynalı qalana qədər Rusiya ilə vuruşmağa hazırdır” fikri ilə razıdır

Rusiya Prezidenti Vladimir Putin “ABŞ ən son ukraynalı qalana qədər Rusiya ilə vuruşmağa hazırdır” fikri ilə razı olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

"Çoxları deyir ki, ABŞ ən son ukraynalı qalana qədər Rusiya ilə vuruşmağa hazırdır. Orda da deyirlər, bizdə də deyirlər. Həqiqətən də bu belədir”, deyə Rusiya prezidenti vurğulayıb.

Putin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı ölkə daxilində və xaricdə aparılan müzakirələri yaxından izlədiyini bildirib.

O, Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı heç bir şeyin ictimaiyyətdən gizlədilməsinə ehtiyac olmadığını qeyd edib.

"Xüsusi hərbi əməliyyat plan üzrə gedir. Təbii ki, cəmiyyətimizdə, xaricdə gedən müzakirələri yaxından izləyirəm. Biz ictimaiyyətdən heç nə gizlətməməliyik, amma biz bu döyüş işini obyektiv şəkildə işıqlandırmalıyıq”, - Rusiya Prezidenti bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »