Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar humanitar yardım mərkəzini bombalayıb
Ruslar humanitar yardım mərkəzini bombalayıb

Luqansk vilayətinin Severodonetsk şəhərində işğalçılar humanitar yardım mərkəzini dağıdıblar - binaya bir anda səkkiz mərmi atılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova "Facebook"da məlumat verib.

O qeyd edir ki, mərkəzin binası kütləvi atəşə məruz qalıb - divarlar dağılıb, anbarda ciddi yanğın baş verib.

"Mərkəz gündə 300-ə qədər insanı yedizdirir, xəstələri yataq,  qida və gigiyena məhsulları ilə təmin edirdi. İctimai fəallar hər gün hərəkət imkanları məhdud insanlar üçün dəstlər hazırlayır və onları avtomobil, velosiped və hətta piyada da vətəndaşlara çatdırırdılar", - məlumatda deyilir.

Denisova bundan əvvəl Donetsk və Luqansk vilayətlərinin ərazilərindən 700 mindən çox mülki şəxsin Rusiyaya aparıldığını bildirib. Əlavə edirik ki, Severodonetskin sosial və kritik infrastrukturu demək olar ki, məhv edilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »