Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan parlamentində "Artsax bayrağı" endirildi - Video
Ermənistan parlamentində "Artsax bayrağı" endirildi - Video

Ermənistan parlamentində "Artsax bayrağı"nın endirildiyi ilə bağlı videogörüntü yayılıb.

Görüntülərdən məlum olur ki, Seyran Ohanyan "Artsax əski parçası"nı tribunanın qarşısına asır, amma az sonra başqa bir deputat bu "bayrağı" oradan çıxarır və buna etiraz edir. Bunu Brüssel görüşündən sonra atılan ilk addım kimi qiymətləndirmək olarmı?

Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu, Ermənistanın hazırkı rəhbərliyi Paşinyan və onun komandasının Brüssel görüşündən sonra real addımlar atmaqla bağlı cəhdləridir.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Çünki biz dəfələrlə Ermənistanın söz verib, sonra başqa addım atdığının şahidi olmuşuq. Ona görə də mən bunu cəhd kimi qiymətləndirirəm. Onuda qeyd edim ki, bu müsbət cəhddir. Əgər doğrudanda separatçı qurumun bayrağı oradan endirilibsə, bu özlüyündə danışmaq, anlaşmaq cəhdidir. Ermənistan rəhbərliyi əldə olunan razılaşmanın icrasına çalışır.

Bundan öncə də bir məlumat yayılmışdı ki, Ermənistan siyasi rəhbərliyinin təmsilçilərindən biri danışıqların indiki məqamında “Dağlıq Qarabağ Respublikası” ifadəsindən istifadə etməməyi tövsiyə etmişdi. Bütün bu məqamları mən müsbət cəhdlər kimi xarakterizə edirəm. Hesab edirəm ki, Ermənistan rəhbərliyinin ağlı başına gəlir.

Bu cür davam edərsə, Ermənistan siyasi, hərbi təmsilçiləri bu formada davranışlar nümayiş etdirərləsə, danışıqları pozan istənilən fəaliyyətlərdən uzaq duraralarsa, separatizm, bölücülük, aqressiya kimi məqamları yığışdırarlarsa, atəşkəsə ciddi şəkildə əməl edərlərsə, kənardan hər hansısa bir müdaxilə olmazsa, çox qısa bir müddətdə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı işçi qrupunun yaradılacağına, sülh müqaviləsinin hazırlanması üçün komissiyanın təşkil ediləcəyinə və bu qrupun real işlər görəcəyinə şahid ola bilərik”.

Siyasi şərhçi dünən Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri arasında baş tutan telefon danışığına da münasibət bildirib. Onun sözlərinə görə, bu nadir hadisədir.

“Çünki adətən, vasitəçilərin dəstəyi ilə görüşürdülər. Bunu da müsbət hal hesab edirəm. Əgər Ermənistan bu cür müsbət hadisələrin, məqamların sayını artıracaqsa, bundan ancaq qazana biləcək”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »