Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mariupol yerli xalq tərəfindən də hər gün etirazların keçirildiyi ərazidir”
“Mariupol yerli xalq tərəfindən də hər gün etirazların keçirildiyi ərazidir”

“Rusiya ordusu Mariupola mənşəyi məlum olmayan zəhərli maddə atıblar”.

Bu barədə məlumatı Azov alayı, Ukrayna Müdafiə Nazirliyindəki səlahiyyətli şəxslər xarici mediaya açıqlamaları zamanı bildirib. “Təxminən bir saat əvvəl Rusiya işğalçı qoşunları Mariupol şəhərində Ukrayna hərbçilərinə və mülki şəxslərə qarşı mənşəyi məlum olmayan zəhərli maddədən istifadə edib”.

Məlumatda bildirilir ki, qurbanlarda tənəffüs çatışmazlığı, vestibulo-ataktik sindrom yarandığı bildirilir. Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinə yaxın mənbə bildirib ki, Rusiya işğalçılarının kimyəvi silahdan istifadə etmə ehtimalı çox yüksəkdir.

Mariupol merinin müşaviri Petr Andryuşşenko isə bildirib ki, kimyəvi silahdan istifadə zamanı mühafizə ilə bağlı məsləhətlər Mariupol üçün aktual deyil, çünki şəhərdə demək olar ki, sağ qalmış pəncərələr və ya binalar yoxdur, axar su və kanalizasiya sistemi yoxdur. O əlavə edib ki, hazırda kimyəvi hücumla bağlı məlumat təsdiqini gözləyir.

Siyasi şərhçi Turan Rzayev Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, Mariupolda kiməvi silahdan istifadə mümkündür və bu xəbərlərdə həqiqət payı var.

Turan Rzayev Turan Rzayev

“Nəzərə alsaq ki, Rusiya müharibənin gedişində beynəlxalq hüququ kobud şəkildə pozub və faktiki olaraq, Ukraynanın ərazilərini işğal edir. Burada separatçıları dəstəkləyib, eyni zamanda bir neçə beynəlxalq hüququn norma və prinsiplərini pozub.

Onu da nəzərə alsaq ki, Mariupol şəhəri hazırda Rusiya Ukaryana müharibəsi gedişində rus ordusuna qarşı ən çox dirənən və yerli xalq tərəfindən də hər gün etirazların keçirildiyi ərazidir.

Rusiyanın buradakı müqaviməti qırmaq və əks müqavimətin qarşısını almaq üçün kimyəvi silahdan istifadə etməsi mümkündür. Təbii ki, bu beynəlxalq hüququn norma və prinsipilərinin növbəti dəfə kobud şəkildə pozulmasıdır.

Bənzətmə olaraq deyə bilərik ki, vaxtı ilə Liviyada Qəddafinin kimyəvi silahlardan istifadəsinə görə bu ölkəyə müdaxilə olmuşdu. Digər tərəfdən Səddam Hüseynin də məhz kimyəvi silahlardan istifadəsi onun hakimiyyətini sona çatdırmışdı”.

Siyasi şərhçi bildirir ki, kimyəvi silahlardan istifadə edilməməsinə dair konkret razılaşma var. Çünki kimyəvi silahların fəsadları daha çoxdur.

“Rusiyaya bu addıma əl atıbsa, bu beynəlxalq müstəvidə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə, eyni zamanda Rusiyanın yenə müəyyən təşkilatlardan çıxarılmasına gətirib çıxara bilər. Xüsusilə də humanitar təşkilatlardan çıxarılması ilə nəticələnə bilər”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »