Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putindən geriyə addım kimi açıqlama - Donbassla kifayətlənməyə məcbur olub
Putindən geriyə addım kimi açıqlama - Donbassla kifayətlənməyə məcbur olub

Ukraynada bəslənən anti-Rusiya qüvvələri ilə toqquşma qaçılmaz idi, bu, sadəcə, vaxt məsələsi idi.

Bizimyol.info xəbər verir ki, bu fikri çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin “Vostochnı” kosmodromunda yerli kosmik sənayenin əməkdaşları ilə söhbəti zamanı deyib.

"Ukrayna anti-Rusiya dayağına çevrilməyə başlayıb və orada çoxdan mövcud olan millətçilik və neonasizmin tumurcuqları böyüməyə başlayıb",- deyə dövlət başçısı bildirib. "Neonasizmin böyüməsi xüsusi olaraq artdı və Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi, onlar yalnız hücum üçün vaxt seçdilər",- Putin vurğulayıb.

Kosmonavtika günü münasibəti ilə sənaye işçilərini və rusiyalıları təbrik edən dövlət başçısı Rusiya Aerokosmik Qüvvələrinin hərbi qulluqçularının ünvanına ayrıca ən xoş sözlər söyləmək istədiyini bildirdi. "Bu gün zabitlərimiz Donbassda, Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edirlər. Onlar Donbass xalq respublikalarına yardım göstərirlər. Onlar cəsarətli, bacarıqlı, operativ və səmərəli hərəkət edir, unikal silahlarla ən müasir silah növlərindən istifadə edir, misilsiz xüsusiyyətlərə malikdir” dedi.

Putin bildirib ki, Donbassın müdafiəsi üzrə əməliyyatın məqsədlərinə nail olunacaq. "Belə də olacaq. Şübhə yoxdur ki, Rusiya Federasiyasının Silahlı Qüvvələri qarşıya qoyulan məqsədlərə nail olacaq. Məqsədlər tamamilə başa düşüləndir, onlar nəcibdir",- deyə Putin vurğulayıb. “Əsas məqsəd Donbassdakı insanlara kömək etməkdir, bizim tanıdığımız Donbass xalqı bunu etməyə məcbur olub. Çünki Qərbin təhrik etdiyi Kiyev hakimiyyəti Donbasın problemlərini sülh yolu ilə həllinə yönəlmiş Minsk razılaşmalarına əməl etməkdən imtina edib”,- prezident əlavə edib.

P.S. Müharibə başlayandan bu yana Rusiya bu toqquşmanın səbəbləri ilə bağlı çoxlu sayda və bir-birinə zidd fikirlər sələndirib. Kreml bəzən nasizmə qarşı savaşdıqlarını deyir, bəzən Ukraynanın NATO üzvlüyünə qarşı, bəzən isə oradakı "kimyəvi silah" istehsalının önlənməsi üçün müharibəyə başladığını iddia edir. Müharibənin ilk günlərində Putin daha böyük tələblərlə çıxış edirdi. Hətta Ukrayna hakimiyyətinin dəyişdirilməsini də tələb edirdi. Amma indi görünür ki, "məqsəd" deyərkən artıq Donbass bölgəsi ilə kifayətlənməli olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »