Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada mobil rabitə pisləşəcək: Nokia da ölkəni tamamilə tərk edir
Rusiyada mobil rabitə pisləşəcək: Nokia da ölkəni tamamilə tərk edir

Finlandiyanın telekommunikasiya nəhəngi Nokia Rusiya bazarını tərk edir.

Bizimyol.info xəbər verir ki, Nokia-nın Rusiya Federasiyasını tərk etməsi şirkətin rəsmi açıqlamasında bildirilir . Nokia bu bazarın itirilməsinin öhdəsindən gələcəklərini vurğulayıb.

"Ukraynanın işğalının ilk günlərindən Nokia-ya aydın idi ki, Rusiyada mövcudluğu mümkün deyil. Son həftələrdə biz tədarükləri dayandırdıq, yeni işləri dayandırdıq və məhdud Ar-Ge fəaliyyətimizi Rusiyadan kənara köçürdük. İndi Rusiya bazarından çəkildiyimizi elan edirik ",- deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Nokia-nın Rusiya bazarındakı əsas rəqibi olan Ericsson da daha əvvəl Rusiyadakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandıracağını açıqlamışdı . Ericsson-un Rusiya bazarındakı payı 20%-ə, Nokia-nın payı isə 30-40%-ə çatıb, yəni şirkətlər birlikdə telekommunikasiya avadanlıqlarının tədarükünün yarıdan çoxunu həyata keçiriblər. Onların Rusiya bazarındakı birgə payı 60%-i ötüb, yəni mobil şirkətlər avadanlıq çatışmazlığı ilə üzləşib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyaya tətbiq edilən sanksiyaların sayı və həcmi durmadan artır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »