Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda Rusiya ordusunun Ukraynadan oğurladığı maşınları sürürlər
Belarusda Rusiya ordusunun Ukraynadan oğurladığı maşınları sürürlər

Rusiya qoşunlarının Ukraynanın şimalından geri çəkilməsindən sonra Belarusda dövlət nömrə nişanı olmayan və bəzən xüsusi siqnallarla karvanları müşayiət edən V işarəli bir sıra avtomobillər müşahidə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Belarusun müxalifət nəşri "Naşa Niva" yayıb.

Məlumatda bildirilir ki, hadisə şahidləri tərəfindən media agentliyinə Belarus küçələrində dövlət nömrə nişanı olmayan, lakin yanlarında, bamperlərində V hərfi ilə işarələnmiş avtomobillərin bir sıra foto və videoları daxil olub.

Həmin görüntülərdə şəhərlərarası magistralların birində dövlət nömrə nişanı olmayan yük maşınının Ukraynanın “Gavrilivski kurçata” brendinin reklamı ilə hərəkət etdiyi, nömrələrinin olmamasına baxmayaraq, onun üzərində V hərfi qeyd olunduğu görünür.

Bundan əlavə, jurnalistlər Kia Sportage, VW Crafter, Peugeot Partner markalı minik avtomobillərinin xüsusi siqnallı avtomobillərlə müşayiət olunan hərəkətini müşahidə ediblər.

Bundan əlavə məlumatda qeyd edilir ki, dövlət nömrə nişanı olmayan avtomobillərin hərəkəti Belarusun yol hərəkəti qaydalarının pozulmasıdır və Ukrayna və Belarus sərhədində avtomobillərin nəzarətdən necə keçməsi ilə bağlı suallar yaranmaqdadır.

Xatırladaq ki, daha əvvəl də jurnalistlər Rusiyanın SDEK çatdırılma xidməti vasitəsilə Rusiya işğalçılarının Belarus filialları vasitəsilə Ukraynaya qənimət göndərdiklərini lentə alıblar.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »