Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ruslar Mariupola naməlum zəhər atırlar”
“Ruslar Mariupola naməlum zəhər atırlar”

“Rusiya ordusu Mariupola mənşəyi məlum olmayan zəhərli maddə atıblar”.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Azov alayı, Ukrayna Müdafiə Nazirliyindəki səlahiyyətli şəxslər xarici mediaya açıqlamaları zamanı bildirib.

“Təxminən bir saat əvvəl Rusiya işğalçı qoşunları Mariupol şəhərində Ukrayna hərbçilərinə və mülki şəxslərə qarşı mənşəyi məlum olmayan zəhərli maddədən istifadə edib”.

Məlumatda bildirilir ki, qurbanlarda tənəffüs çatışmazlığı, vestibulo-ataktik sindrom yarandığı bildirilir.

Hazırda naməlum maddədən istifadənin fəsadları aydınlaşdırılır.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinə yaxın mənbə bildirib ki, Rusiya işğalçılarının kimyəvi silahdan istifadə etmə ehtimalı çox yüksəkdir.

Mariupol merinin müşaviri Petr Andryuşşenko isə bildirib ki, kimyəvi silahdan istifadə zamanı mühafizə ilə bağlı məsləhətlər Mariupol üçün aktual deyil, çünki şəhərdə demək olar ki, sağ qalmış pəncərələr və ya binalar yoxdur, axar su və kanalizasiya sistemi yoxdur.

eklam

O əlavə edib ki, hazırda kimyəvi hücumla bağlı məlumat təsdiqini gözləyir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »