Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bennet: "Terrorçuların bizi məğlub etmələrinə imkan verməyəcəyik"
Bennet: "Terrorçuların bizi məğlub etmələrinə imkan verməyəcəyik"

İsrailin baş naziri Naftali Bennett ötən həftə qanlı terror aktının baş verdiyi Təl-Əvivin Dizengoff küçəsindəki “İlka” barına baş çəkib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Haruts Şeva" məlumat yayıb.

"Mən bu gecə bura barın sahibinə və vətəndaşlara dəstək olmaq üçün gəldim. Burada çox ciddi bir hadisə olub, burada insanlar heç bir səbəb olmadan həyatlarını itirib, burada istirahət etmək istəyən insanlar yaralanıb, onlar günahsız insanlar idi. Bunu təşkil edilmiş terror hadisəsi hesab edirik. Biz terrora qarşı mübarizəmizi dayandırmayacağıq. Biz onlara, düşmənlərimizə, öz xalqımızın həyatını məhv etməsinə imkan verməyəcəyik. Bizi məğlub etmələrinə imkan verməyəcəyik. Biz fəaliyyətimizi davam etdirəcəyik, daha geniş fəaliyyət planı həyata keçirəcəyik və eyni zamanda onları addım - addım izləyirik. Onları olduqları yerdə, gizləndikləri bazalarında vuruşacağıq və Allahın köməyi ilə biz qalib gələcəyik”, - baş nazir Bennet səfəri zamanı deyib.

Bundan əlavə, daxili təhlükəsizlik naziri Ömər Bar-Lev də hücum yerinə baş çəkib.

"Həyat itirməyin dəhşətli ağrıları ilə yanaşı, izdihamlı meyxanada bu axşam böyük gücümüz göz qabağındadır, irəliyə baxır, bilərək ki, incisək də, sınmayacağıq. Biz bundan sonra da yaşayacağıq, çiçəklənəcəyik, inkişaf edəcəyik. Biz qalib gələcəkyik”, - deyə o bildirib.

Xatırladaq ki, Tel-Əvivin Dizengoff küçəsində terrorçu atəş açıb, nəticədə 3 nəfər ölüb, onlarla insan yaralanıb. Zərərçəkənlər orta-ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Polis hücumla bağlı araşdırmalara başlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »