Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
OPEC: "Neft təchizatı sahəsində tarixin ən nəhəng böhranı ola bilər"
OPEC: "Neft təchizatı sahəsində tarixin ən nəhəng böhranı ola bilər"

“Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin ən nəhəng böhranına səbəb ola bilər”.

APA-nın xəbərinə görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bildirib:

“Rusiyaya qarşı hazırda qüvvədə olan və gələcəkdə tətbiq ediləcək məhdudiyyətlər tarixin ən böyük neft böhranlarından birinə səbəb olacaq. Rusiya neftinin təchizatının dayanması nəticəsində üzləşdiyimiz itkini kompensasiya etmək mümkün olmayacaq”.

Onun sözlərinə görə, məhdudiyyətlər gündəlik 7 milyon barrel neft itkisinə səbəb olacaq. M.Barkindo həmçinin deyib ki, hazırda dünya bazarında yaşanan çalxalanma OPEC-in nəzarətində olmayan faktorlara əsaslanır.

Məhəmməd Barkindo eyni zamanda Avropa İttifaqı nümayəndələrini enerji məsələlərinə həssas yanaşmağa çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »