Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Ukraynaya səfər etməyə hazır olduğunu bildirib
Makron Ukraynaya səfər etməyə hazır olduğunu bildirib

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya sadəcə səfər üçün deyil, sülhün bərqərar olması məsələsində konkret nəticə əldə etmək üçün gəlməyə çalışır.

Bu barədə “Report” BFMTV-yə istinadən xəbər verir.

Qeyd edilir ki, Fransa Prezidenti Kiyevə səfərdən imtina etmir. Bununla belə, Makron səfərin formallığa çevrilməsini istəmir.

"Mən Kiyevə və ya Ukraynanın hər hansı digər şəhərinə getməyə hazıram, lakin ora sadəcə səfirliyi ziyarət etmək üçün getmək istəmirəm. İstərdim ki, səfər bu prosesdə nəticələrə gətirib çıxarsın, Ukrayna və Rusiya prezidentləri arasında dialoqun qurulmasına kömək etsin”, - Makron bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »