Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada qazın qiyməti aşağı düşüb
Avropada qazın qiyməti aşağı düşüb

Avropada qazın qiyməti min kubmetr üçün 1150 dollardan aşağı düşüb.

APA xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, bazar ertəsi Avropada qaz fyuçerslərinin dəyəri 2 faiz ucuşlaşaraq min kubmetr üçün 1150 dollardan aşağı düşüb.

Hərracların açılışında qazın may fyuçerslərinin qiyməti 1151 dollar olub və ilk saatda 1778 dollar səviyyəsinə yüksəlib.

Ümumilikdə, gün ərzində kotirovkalar sabit dinamika nümayiş olunub. Bağlanışa kimi qiymət cümə gününün nəticələri ilə müqayisədə 2,3% ucuzlaşaraq 1142 dollar səviyyəsində qərarlaşıb.

Avropada qazın qiyməti fevralın sonundan etibarən güclü volatillik nümayiş etdirsə də ötən həftə ərzində 1100-1200 dollar olub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »