Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Prezidenti milli birliyə çağırış edib
Gürcüstan Prezidenti milli birliyə çağırış edib

Gürcüstan Prezidenti Salome Zurabişvili xalqı milli birliyə çağırıb.

“Report” xəbər verir ki, o, keçirdiyi brifinqdə hamının Gürcüstan ətrafında birləşməsinin vacib olduğunu bildirib.

“Hamını, şəhərdə və ya kənddə yaşayanları, əhalini, siyasi partiyaları birləşməyə çağırıram. Milli birlik və həmrəyliyə nail olacağımıza əminəm”, - dövlət başçısı deyib.

S.Zurabişvilinin sözlərinə görə, bu gün Gürcüstan tarixinin ən əlamətdar günlərindən biridir: “Bu gün biz Avropa İttifaqından hələ bir neçə il gözləməyəcəyimiz sorğu vərəqəsini almışıq. Bu, Gürcüstan üçün yeni görünməmiş şansdır. Həmçinin ölkəmiz qarşısında böyük məsuliyyətdir. Biz buna görə Avropa İttifaqı rəhbərliyi və üzvlərinə, daha çox isə Ukrayna və ukraynalıların mübarizliyinə minnətdarlıq etməliyik”.

Xatırladaq ki, bu gün Lüksemburqda Gürcüstan və Moldovaya Aİ-yə üzvlüklə bağlı sorğu vərəqələri təqdim edilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »