Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq Yevlax Polis Şöbəsində intihar faktı barədə məlumat yayıb
Prokurorluq Yevlax Polis Şöbəsində intihar faktı barədə məlumat yayıb

Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində intihar faktı baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Xəbərə görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »