Pakistan parlamenti etimadsızlıq səsverməsi ilə İmran Xanın həftə sonu vəzifəsindən kənarlaşdırılmasından sonra Şehbaz Şərifi ölkənin yeni baş naziri seçib.
Bizimyol.info xəbər verir ki, bu barədə "aljazira" məlumat verib.
Bazar ertəsi səsvermədən əvvəl Xanın Pakistan "Təhrik-e-İnsaaf" (PTI) partiyasından olan millət vəkilləri üç dəfə baş nazir Nəvaz Şərifin kiçik qardaşı Şehbaz Şərifin seçilməsini boykot edərək kütləvi şəkildə istefa verdilər.
Bazar ertəsi günü andiçmə mərasimi keçirilib. Səsvermə Milli Assambleyaya aparan demək olar ki, bütün yollar qapadılması, ciddi təhlükəsizlik tədbirləri altında keçirilib.
Xanın istefaya göndərilməsi üçün müxalifətin səylərinə rəhbərlik edən Şərif hökumətinə iqtisadiyyatı yaxşılaşdıracağına və siyasi rəqiblərindən qisas almayacağına söz verib.
70 yaşlı lider siyasi sülaləyə çevrilmiş sənayeçilər ailəsindəndir. O, 2018-ci ildə Milli Assambleyaya seçilib və böyük qardaşı korrupsiyada təqsirli bilinərək ömürlük dövlət vəzifəsində işləməyə qadağa qoyulduqdan sonra "Pakistan Müsəlman Liqası-Nəvaz" (PML-N) partiyasına rəhbərlik edib.
Xan bazar günü səhər saatlarında parlamentdə 174 deputat əleyhinə səs verdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.
Günün gec saatlarında PTI-nin on minlərlə tərəfdarı dəstəklərini ifadə etmək üçün Pakistanın müxtəlif şəhərlərində küçələrə çıxıb.
"Mitinqlər Xanın hələ də populyar lider olduğu mesajını verdi", - deyə siyasi analitik Zahid Hüseyn Əl-Cəzirə kanalına açıqlama verərkən qeyd edib.
Qadir, Bizimyol.info