Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya öz ərazilərində partizan müharibəsinə hazırlaşır - Kəşfiyyat
Rusiya öz ərazilərində partizan müharibəsinə hazırlaşır - Kəşfiyyat

Rusiya öz ərazilərində partizan müharibəsinə hazırlaşırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinə dəmir yolunun, Daxili İşlər Nazirliyi və FTX ilə qarşılıqlı əlaqəsini təmin edilməsi tapşırılıb.

"Təhlükəsizlik tədbirlərinin artırılması Rostov vilayəti və Krasnodar diyarı sərhədlərində yerləşən nəqliyyat infrastrukturu obyektlərinin fəaliyyətinə müdaxilə təhlükəsi ilə əlaqələndirilir. İlkin plan uğursuz olduqdan sonra onların fəaliyyəti mütəmadi olaraq davam etdirilir və gücləndirilir",- deyə məlumatda bildirilir.

Kəşfiyyat məlumatlarına görə, hazırlığın yüksəldilməsi, xüsusən də, Ukrayna ilə dəmiryol əlaqəsini məqsədyönlü şəkildə dayandıran Belarus “dəmir yolu partizanları”nın hərəkətləri ilə əlaqədardır. Onlar döyüş bölgəsində mövqeylərin möhkəmləndirməsi üçün təminatın çatdırılmasını çətinləşdirmək məqsədi ilə dəmir yollarına açılmalar edirlər:

"Bu yaxınlarda Belqorod yaxınlığında yerli neft bazasında və silah-sursat anbarlarında baş verən partlayışlar Rusiya Federasiyasının qonşu regionlarında da çaxnaşma yaranmasına səbəb olub. Bu, partizan müharibəsinin başlanğıcı və hərbi əməliyyatların Rusiya Federasiyası ərazisinə keçməsi kimi qeyd edilir",- deyə kəşfiyyat məlumat verib.

Martın 30-da və aprelin 1-də Belqorodda sursat anbarlarında və neft anbarında silsilə partlayışlar baş verdi.

Britaniya kəşfiyyatının verdiyi məlumata görə, bu anbarlardan ehtimal olunan yanacaq və sursat itkisi Rusiyanın onsuz da gərgin olan tədarük zəncirlərində qısamüddətli qırılmalara səbəb ola bilər.

Xarkov ətrafındakı Rusiya qoşunlarının dəstəyi (Belqoroddan 60 km) xüsusilə təminat baxımından çıxılmaz vəziyyətə düşə bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »