Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən gedir
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən gedir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Bizimyol.info xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.

Qeyd edək ki, E.Rüstəmov 1995-ci il Azərbaycan Mərkəzi (Milli) Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən də azad olunacaq.

Taleh Kazımovun 2007-ci ildən "PAŞA Bank"da fəaliyyəti başlayıb. 2011-ci ildən o, həmin bankın İdarə heyətinin üzvü seçilib. 2015-ci ildən "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »