Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ altıncı sanksiyalar paketini hazırlayır - Rusiya neftindən də intina ediləcək
Aİ altıncı sanksiyalar paketini hazırlayır - Rusiya neftindən də intina ediləcək

Aİ ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı altıncı sanksiyalar paketini hazırlayır. Buraya “neft variantı”nın daxil olacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, "Ukrinform"  verdiyi məlumata görə bunu Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis Brüsseldə Aİ Xarici İşlər Nazirləri Şurasının iclası başlamazdan əvvəl deyib.

"İndi çox şey baş verir. Avropa Komissiyası çox açıq şəkildə bildirdi ki, biz neft variantının nəzərdən keçirildiyi altıncı paket (sanksiyalar) üzərində işləməyə başlayırıq. Bu o deməkdir ki, konsensusa nail olmaq üçün artıq iş başlanıb. Ümid edirəm ki,  "nə etmək lazımdır" sualına cavab vermək üçün Kiyevə getmək, İrpinə, Buçaya baş çəkmək və hər şeyi öz gözlərimizlə görüb, nəyə görə sanksiyalar tətbiq etmək lazıb olduğuna qiymət vermək daha yaxşıdır”, -  deyə Landsbergis bildirib.

Bundan əlavə, məhsulları Ukraynaya hücumda rol oynamış şirkətlərə, əsas oliqarxlara və iş adamlarına, Kreml rəsmilərinə, təbliğatçılara, habelə sanksiyaya məruz qalan şəxslərin ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edilib.

Bildiyiniz kimi, bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir, onun əsas məsələlərindən biri Ukraynadakı vəziyyətə baxmaq və Ukrayna xalqına Rusiya işğalına qarşı mübarizədə əlavə hərbi yardım göstərməkdir.

Xatırladaq ki, aprelin 8-də Avropa İttifaqı Ukraynaya silahlı təcavüzə görə Rusiyaya qarşı beşinci sanksiyalar paketini təqdim edib. Buraya Rusiya kömürünün idxalına embarqo və bir sıra digər məhdudiyyətlər daxildir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »