Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
 Rusiyanın “defolt” elan edilməsi üçün obyektiv səbəb yoxdur
 Rusiyanın “defolt” elan edilməsi üçün obyektiv səbəb yoxdur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, "Standard & Poor's"(S&P) agentliyinin Rusiyanın xarici valyutada reytinqini "seçimli defolt" səviyyəsinə endirməsi üçün heç bir obyektiv səbəb yoxdur.

Bizimyol.info xəbər verir ki, D.Peskov  bunu bu gün jurnalistlərlə söhbətində deyib.

"Tamamilə aydındır ki, belə defolt üçün heç bir obyektiv səbəb yoxdur. Rusiya öhdəliklərini yerinə yetirmək üçün bütün lazımi potensiala malikdir. Opponentlərimizin bu cür qeyri-konstruktiv mövqeyi vəziyyəti çətinləşdirə bilər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskovun sözlərinə görə, reytinq agentliyinin qərarına münasibət bildirmək səlahiyyəti hökumətə məxsusdur. "Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov "İzvestiya"ya müsahibəsində danışıb. Bu, yalnız texniki texnogen defolt ola bilər", - mətbuat katibi bildirib.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il fevralın 1-nə ölkənin xarici dövlət borcu 59,5 milyard dollar, o cümlədən xarici istiqrazlar üzrə borc - 38,97 milyard dollar təşkil edib. Ümumilikdə, Rusiya Federasiyasının 2022-ci ildən 2047-ci ilə qədər ödəmə müddəti olan 15 aktiv istiqrazlı krediti var.

Martın 5-də sanksiyalara cavab olaraq Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrə valyuta borclarının rublla ödənilməsinə icazə verib. Fərmana əsasən, borclu şirkətlər və ya dövlətin özü Rusiya banklarında xarici kreditorun adına hesab aça və ona ödənişləri Mərkəzi Bankın (MB) ödəniş gününə olan məzənnəsi ilə rublla köçürə bilər. Sanksiya tətbiq etməyən ölkələrin kreditorları, Rusiya borclusu bunun üçün xüsusi icazə alarsa, avro və ya dollarla ödəniş ala bilər.

Bundan əvvəl Maliyyə Nazirliyinin rəhbəri bəyan etmişdi ki, Rusiya Federasiyası xarici valyutada olan borcunu yalnız xarici valyuta hesabları dondurulduğu halda ödəyəcək. Moskva agent banklardan imtina və ya cavab vermədiyi təqdirdə rublla valyuta öhdəliklərini ödəməyə və xidmət göstərməyə hazırdır. Bununla belə, o zaman xarici istiqraz borcuna xidmət şərtlərində əhəmiyyətli dəyişiklik olacaq ki, bu da çox güman ki, defolt kimi qiymətləndiriləcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »