Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya yeni hücuma hazırlaşır” - Zelenski
“Rusiya yeni hücuma hazırlaşır” - Zelenski

“İşğalçılar yeni zərbələr endirmək üçün on minlərlə əsgərini və çoxlu sayda texnikasını cəmləşdiriblər”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski məlumat telemarafonunda yayımlanan Cənubi Koreya parlamentindəki çıxışında bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynanın milli müqavimətini qırmağa ümid edərək yeni hücuma hazırlaşır.

Zelenski vurğulayıb ki, Ukrayna hələ də ölənlərin sayını dəqiqləşdirə bilmir.

"Ölkənin şimalından cənubuna, Rusiya mərmilərinin, bombaların çatdığı bütün ərazilərdə dağıntılar hələ də təmizlənir. Ərazimizin bir hissəsində aktiv döyüşlər hələ də davam edir. Rusiya daha bir yeni hücuma hazırlaşır. İşğalçılar yeni zərbələr endirməyə cəhd etmək üçün on minlərlə əsgər və çoxlu sayda texnika cəmləyiblər.

Onların planının növbəti addımları başqa dövlətlərin məhv edilməsi, qonşu xalqları fəth etmək cəhdidir”,- deyə Ukrayna dövlət başçısı bildirib.

Ukrayna prezidenti Zelenski xatırladıb ki, Rusiya artıq Ukrayna ərazisində raket və hava zərbələri ilə yüzlərlə infrastruktur obyektini məhv edib.

"Bu günə qədər təkcə 938 təhsil müəssisəsi, 300-ə yaxın xəstəxana dağıdılıb",- deyən Zelenski bunun "Rusiya qoşunlarının şüurlu taktikası" olduğunu bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »