Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycana gəlmək istəyən ukraynalılar da təxliyə edilir"
"Azərbaycana gəlmək istəyən ukraynalılar da təxliyə edilir"

"Ukraynadakı azərbaycanlıların təxliyəsi bir neçə qurum tərəfindən əlaqələndirilmiş şəkildə aparılır. Əsas tərəf burada Xarici İşlər Nazirliyidir. XİN təxliyə prosesi ilə bağlı mütəmadi məlumat verir. Biz də həmin məlumatlara istinad edirik. Müəyyən edilmiş qrafiklə bu günə qədər Rumıniya, Polşa və Macarıstandan Azərbaycan vətəndaşları təxliyə edilib. Və onu da qeyd edim ki, təxliyə üçün, yəni Azərbaycana gəlmək üçün Ukrayna vətəndaşları da müraciət edə bilərlər"

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov məlumat verib. O, qeyd edib ki, Azərbaycana gəlmək istəyən ukraynalıların da təxliyə prosesi keçirilir. Əsasən çarter reysləri vasitəsi ilə təxliyə prosesi keçirilir. Təxliyyələr Rumıniyanın Yassi və Buxarest şəhərlərindən, Polşanın Katoviççi şəhərlərindən çarter reyslər vasitəsilə təxliyyə aparılır. Eyni zamanda Rumınıya və Macarıstandan avtobuslarla Türkiyə ərazisinədən təxliyyə işləri görülür.

Azər Allahverənov Azər Allahverənov

Azər Allahverənovun sözlərinə görə,təxliyyə proseslərinə qadınlar, uşaqlar, yaşlılar xəstələr və digər qrupun nümayəndələri cəlb edilir. Onlar çarter reysləri vasitəsilə Azərbaycana gətirirlər. Bununla yanaşı son məlumatlara görə, bu günə qədər 10 mindən çox insan təxliyə edilib. Onlardan təqribən üç mini Ukrayna vətəndaşlarıdır. Burada Ukrayna vətəndaşları dedikdə, onlar arasında etnik azərbaycanlılar və etnik ukraynalılar da var. Burada beynəlmiləl nikahdan olanlar və s.var. Onlar Azərbaycana daxil olduqları zaman Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınırlar. Həmin vətəndaşlar 90 gün ərzində ölkə ərazisində yaşaya bilərlər. Qaçqın statusu almaq istəyənlər də müvafiq formada müraciət edir. Həmin şəxsin müraciəti nəzərdən keçirilir. Qanunvericiliyə görə, həmin şəxsin müraciəti 3-6 ay ərzində cavablandırılır. Bu müddət ərzində şəxs istəsə, Dövlət Miqrasiya Xidmətinin nəzdində olan qeyri-qanuni miqrantların saxlanma müəssisəsində qala bilər. Həmin müəssisədə şəxslər üçün müəyyən təminat həyata keçirilir. Onlara bu müddət ərzində onlara müvafiq şəhadətnamə verilir. Həmin şəhadətnamədə qeyd edilir ki, həmin şəxsin müraciəti baxılma mərhələsindədir. Bu da həmin şəxsin əmək fəaliyyəti ilə məşğul olmasına da imkan yaradır: “Yəni şəxs həmin müəssisədə qalaraq, əmək fəaliyyətilə məşğul ola bilər. Təxliyə edilmiş Azərbaycan vətəndaşlarının isə, hüquqi statusları var və öz hüquqlarından istifadə edə bilələr”.

A.Allahverənov bildirir ki, təxliyə olunmuş şəxslərlə görüşlər, söhbətlər aparılır və onlar məlumatlandırılırlar. Yönləndirmə işləri aparılır. “Onlara faydalı informasiya verməyə çalışırıq. Proses gedir, davamlıdır” - deyə o bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »