Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordusu Ukraynanın şərqində dəmiryol vağzalını atəşə tutub
Rusiya ordusu Ukraynanın şərqində dəmiryol vağzalını atəşə tutub

Ukraynanın şərqində daha bir dəmiryol vağzalı Rusiya tərəfindən atəşə tutulub.

Bizimyol.info "CNN"ə istinadən xəbər verir ki, Ukrayna Dövlət Dəmiryol Şirkətinin sədri Oleksandr Kamışin bazar ertəsi konkret yeri açıqlamadan bu barədə "Telegram"da məlumat verib.

"Dünən gecə Ukraynanın şərqində daha bir dəmir yolu stansiyası Rusiya qoşunları tərəfindən atəşə tutulub. Onlar dəmir yolu infrastrukturunu hədəf alaraq zərbələr endirməkdə davam edirlər. Hələlik nə mülki əhali, nə də dəmiryolçular arasında itki yoxdur", - deyə sədr O.Kamışin qeyd edib.

Kamışinin sözlərinə görə, beş lokomotiv, həmçinin relslər və elektrik xətləri zədələnib: "Amma bu, sadəcə dəmirdir, biz onu bərpa edəcəyik. Yaxşı ki, insan təlafatı olmayıb, biz dəymiş zərərin aradan qaldırılması üçün çalışırıq. Şərait imkan verən kimi təmir - bərpa işlərinə başlayacağıq", - deyə Dövlət Dəmiryol Şirkətinin sədri bildirib.

Qeyd edək ki, iki gün əvvəl Ukraynanın şərqindəki Kramatorskda mülki vətəndaşlar tərəfindən istifadə edilən və təhlükəsiz yerlərə təxliyyə tədbiri həyata keçirilən bir dəmir yolu stansiyasına Rusiyanın ordusu iki raket zərbəsi vurmuşdu. Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavlo Kyrylenkonun sözlərinə görə, raket hücumu nəticəsində azı 57 nəfər ölüb, 109 nəfər yaralandığı barədə məlumat əldə edilib.

Kiyevətrafı Buçada dinc əhalinin qərəzli şəkildə öldürülməsi ilə bağlı dünya mediasında yayılan xəbərləri və kəşfiyyat sübutlarını təkzib etməyə çalışan Rusiya Müdafiə Nazirliyi cümə günü baş verən raket zərbəsinin də “təxribat” olduğunu bildirib. Onlar bu hücuma görə də Ukrayna silahlı qüvvələrini günahlandırmağa çalışıblar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »