Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna: "Almaniya və Fransanın etdiyi səhvin əvəzini biz ödəyirik"
Ukrayna: "Almaniya və Fransanın etdiyi səhvin əvəzini biz ödəyirik"

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba, 2008-ci ildə Almaniya və Fransanın Ukraynanın NATO-ya qəbuluna qarşı çıxmasını səhv kimi dəyərləndirib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, Ukraynanın xarici işlər naziri Dimitro Kuleba ABŞ mətbuatına açıqlama verib.

Ukraynadakı son vəziyyətə toxunan Kuleba “Ukraynadakı bu dəhşətli dağıntının səbəbkarı olanlarla, müharibə cinayətləri törədənlərlə eyni masa arxasında oturub söhbət etməyi düşünmək belə çox çətindir.

Dmitri Kuleba Dmitri Kuleba

“Ancaq Buçadakı kimi qanı dayandıracaqsa və hücumlar Kramatorskdakı kimi bitəcəksə, danışıqların mümkünlüyü dəyərləndirilməlidir. Nə hiss edirəmsə, onu deyirəm. nsanları ölümdən, binaları uçmaqdan xilas etmək şansı varsa, dəyərləndirilməlidir”,- deyə o bildirib.

Rusiyanın Ukraynanı işğal etmək üçün ilk planının “baş tutmadığını” qeyd edən Kuleba Rusiyanın Ukraynadakı rus qoşunlarının başına general Aleksandr Dvornikovun təyin edilməsi ilə bağlı da fikirlər səsləndirib.

“Bizim bir strategiyamız var və bu strategiya müharibədə qalib gələcəyimizə və torpaqlarımızı xilas edəcəyimizə inam əsasında qurulub”,- deyə XİN başçısı bildirib.

Kuleba 2008-ci ildə Almaniya və Rusiyanın NATO çərçivəsində Ukrayna ilə bağlı verdiyi qərarın səhv olduğunu bildirib. “2008-ci ildə Almaniya və Fransanın Ukraynanın NATO-ya üzv olmasına icazə verməməsi strateji səhv idi. Əgər biz NATO üzvü olsaydıq, bu müharibə başlamazdı. Bu səhvin əvəzini Almaniya və Fransa yox, biz ödəyirik”,- deyə Kuleba açıqlamasında qeyd edib.

Qeyd edək ki, Avropada məhz iki dövlət - Almaniya və Fransa hələ də Rusiyaya qarşı vahid cəbhənin formalaşmasına mane olur. Sanksiyaların ən ağır qanadının - Rusiyanın neft və qazından tam imtinanın qarşısını alan ölkələr də məhz Almaniya və Fransadır. Hazırda Almaniya qaz təchizatı baxımından böyük miqyasda Rusiyadan asılıdır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »